AMEA rəyasət heyətində 20 Yanvar faciəsinin 24-cü ildönümü qeyd olunmuşdur
Bakı, 15 yanvar (AZƏRTAC). Yanvarın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Akademiyadan AZƏRTAC-a bildirmişlər ki, AMEA azad həmkarlar ittifaqı komitəsi tərəfindən təşkil olunmuş tədbirdə qurumun rəyasət heyətinin üzvləri və akademiyanın həmkarlar komitələrinin sədrləri iştirak etmişlər.
“Bakı 1990-cı ilin 20 yanvarı: Ümidlərin güllələndiyi gün” mövzusunda məruzə ilə çıxış edən azad həmkarlar ittifaqı komitəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Adil Mirabdullayev 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söyləmişdir. Qeyd etmişdir ki, 20 Yanvar Azərbaycan xalqının müstəqillik, azadlıq uğrunda mübarizəsinin zirvəsində dayanır.
Digər çıxış edənlər də 20 Yanvar həqiqətlərindən danışaraq bu kimi tarixi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasının vacibliyindən söz açmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]