Azərbaycan Dövlət İnformasiya Agentliyi

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

Bakı, 8 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclası AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

Müzakirədən əvvəl AMEA-nın prezidenti akademik İsa Həbibbəyli 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə AMEA-nın qadın əməkdaşlarını təbrik edib. Azərbaycan cəmiyyətində qadınlara daim yüksək qiymət verildiyini deyən akademik İsa Həbibbəyli Azərbaycan qadınlarının hüquqlarının Ulu Öndərin təşəbbüsü ilə ölkəmizin ən ali sənədində, Konstitusiya səviyyəsində təsbit edildiyini bildirib.

Akademiyanın həyatında da qadınların aktiv rol oynadığını bildirən akademik İsa Həbibbəyli AMEA əməkdaşlarının üçdə ikisini qadınların təşkil etdiyini, AMEA-nın vitse-prezidentlərindən üçünün xanımlar olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu gün yeni nəsil intellektual qadınlarımızın sayı artır və onlar apardıqları tədqiqatlarla elmin inkişafına öz töhfələrini verirlər.

İclasda müzakirəyə çıxarılan ilk məsələ Azərbaycan Respublikası Prezidentinin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 3 fevral tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın Tədbirlər planının təsdiq edilməsi haqqında olub.

Akademik İsa Həbibbəyli bildirib ki, Sərəncamın icrasından irəli gələn məsələlərin həllini təmin etmək məqsədilə AMEA Rəyasət Heyətinin 2025-ci il 10 fevral tarixli iclasında qərar qəbul edilib və akademiyanın elmi müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Üzeyir Hacıbəylinin yubileyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması ilə bağlı təkliflərini təqdim etmələri tapşırılıb. AMEA rəhbəri ötən müddət ərzində təqdim olunmuş təkliflər əsasında Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı AMEA-nın Tədbirlər planının layihəsinin hazırlanaraq Rəyasət Heyətinə təqdim olunduğunu diqqətə çatdırıb.

Tədbirlər planında “Üzeyir Hacıbəyli: ədəbi-mədəni dəyər və mənəvi-estetik zənginlik”, “Akademik Üzeyir Hacıbəyli və Azərbaycan musiqi mədəniyyəti”, “Üzeyir Hacıbəylinin publisistikasında dil məsələləri”, “Üzeyir Hacıbəylinin Azərbaycanın ictimai-siyasi fikir tarixində yeri”, “Üzeyir Hacıbəylinin yaradıcılığı və maarifçilik fəaliyyəti”, “Üzeyir Hacıbəylinin yaradıcılığında azərbaycançılıq və türkçülük ideyaları”, “Xalq düşüncəsinin ecazkarlığı: səsdə və bədii sözdə”, “Azərbaycan musiqişünaslığında Üzeyir Hacıbəyli imzası”, “Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələnmiş romansları”, “Üzeyir Hacıbəylinin jurnalistik fəaliyyəti”, “Üzeyir Hacıbəyli – 140” mövzularında konfrans, dəyirmi masa və virtual sərginin keçirilməsi və bir sıra kitabların nəşr edilməsi yer alıb.

Müzakirələrdən sonra Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı AMEA-nın Tədbirlər planı təsdiqlənib.

Daha sonra ölkə Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2025-ci il 21 fevral tarixli Sərəncamının icrası ilə bağlı AMEA-nın qarşısında duran vəzifələr müzakirə olunub.

Akademik İsa Həbibbəyli görkəmli şairin yubileyinin nəinki ölkəmizdə, bütün Türk dünyasında qeyd olunduğunu, TÜRKSOY-un 2025-ci ili “Bəxtiyar Vahabzadəni Anım İli” elan etdiyini bildirib. AMEA rəhbəri şairin 100 illik yubileyinin akademiyada da yüksək səviyyədə keçiriləcəyini diqqətə çatdırıb. O, AMEA-nın elmi müəssisə və təşkilatlarına, regional elmi bölmə və mərkəzlərinə Bəxtiyar Vahabzadənin yubileyinin qeyd olunması ilə bağlı AMEA-nın Tədbirlər planının hazırlanması istiqamətində təkliflərini təqdim etmələrini tapşırıb.

İclasda müzakirə edilən növbəti məsələ AMEA-da 27 Mart - Elm Gününün keçirilməsi haqqında olub. Akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycanda Elm Günü olaraq məhz Azərbaycan Milli Elmlər Akademiyasının təsis edildiyi tarixin müəyyən edilməsi dövlətimizin başçısı tərəfindən AMEA-ya, Azərbaycan elminə və Azərbaycan alimlərinə göstərilən yüksək diqqət, qayğı və etimadın bariz nümunəsidir. Vurğulayıb ki, 80 illik tarixi inkişaf yolu keçmiş akademiyaya bu yüksək etimadın əsasında həm də müasir Azərbaycan mədəniyyətinin, milli dövlətçilik və azərbaycançılıq məfkurəsinin formalaşmasında, milli ziyalı elitasının yetişdirilməsində AMEA-nın fəaliyyəti dayanır.

AMEA rəhbəri bildirib ki, Elm Gününün qeyd edilməsi elmi fəaliyyətin cəmiyyətdə nüfuzunun gücləndirilməsi, elmin populyarlaşdırılması, alimlərin əməyinin qiymətləndirilməsi, onların yeni elmi nailiyyət və uğurlara təşviq edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

İclasda AMEA-nın Elm Gününə həsr edilən tədbirinin aprelin 10-da keçirilməsi qərara alınıb və tədbirin proqramı təsdiqlənib.

Rəyasət Heyətinin iclasında, həmçinin AMEA-nın “Əziz Səncər fəxri diplomu”, “Üzeyir Hacıbəyli fəxri diplomu”, “Lev Landau fəxri diplomu”nun təsis edilməsi haqqında qərarlar qəbul olunub.

Daha sonra bir sıra elmi-təşkilati məsələlər müzakirə edilib.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunda və Fəlsəfə və Sosiologiya İnstitutunda ölkə rəhbərinin tapşırıqlarından, Azərbaycan dövlətinin milli maraqlarından və müasir dünya elminin çağırışlarından irəli gələrək daxili imkanlar və mövcud ştat vahidi hesabına yeni şöbələr yaradılıb, bəzi şöbələrin adında isə qismən dəyişiklik edilməsi haqqında qərarlar qəbul olunub. Bundan əlavə, AMEA-nın Redaksiya-Nəşriyyat Şurasının tərkibində dəyişiklik edilib.

Rəyasət Heyətinin iclasında akademik Sadıq Dadaşovun 120, akademik Mikayıl Useynovun 120, AMEA-nın müxbir üzvü Məqsəd Səttarovun 100 və AMEA-nın müxbir üzvü İlyas Babayevin 90 illik yubileyləri haqqında da qərarlar qəbul olunub.

İclasda qeyd olunan məsələlər ətrafında akademiklər Rasim Əliquliyev, Arif Həşimov, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, professor İlham Məmmədzadə, filologiya elmləri doktoru Kamil Adışirinov, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyev və başqaları çıxış edərək təkliflərini səsləndiriblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub