A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi şagirdlərinin növbəti uğuru
Bakı, 8 dekabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdləri Türkiyənin “CASPİ ARTSANAT” və “SANAT SALEGİTİM HİZMETLƏRİ TİC.LTD.ŞTİ”nin təşkilatçılığı ilə onlayn keçirilən “CAMODERATO” adlı V Beynəlxalq Musiqi Müsabiqəsində iştirak ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, müsabiqənin nəticələrinə əsasən məktəbin fortepiano ixtisası üzrə təhsil alan VI sinif şagirdi Duyğu Fərruxzadə, VII sinif şagirdi Seyfəddin Həsənli, II sinif şagirdi Gülay Mirzəliyeva və III sinif şagirdi Mələk Əsgərli I dərəcəli Diploma, IV sinif şagirdi Nuray Əhmədzadə isə II dərəcəli Diploma layiq görülüblər.
Müəllimlər Roza Parmas və Nurlanə Rəsulova təşəkkürnamə ilə təltif ediliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]