AMERİKALI “ANA” RUS QIZINI QƏSDƏN ÖLDÜRMÜŞDÜR
Əsil adı və soyadı Viktoriya Bajenova olan Nina Hiltin qətlə yetirilməsi bundan əvvəl qərəzsiz qətl kimi tövsif edilirdi. Lakin psixoloji ekspertiza belə qənaətə gəlmişdir ki, müttəhim qətl zamanı affekt vəziyyətində olmuş və nə etdiyini anlamırdı.
Bu iş üzrə növbəti məhkəmə iclası gələn il yazın əvvəllərində keçirilməlidir.
Xatırladaq ki, cari ilin iyununda Peggi Syu Hilt İrktutskın uşaq evlərindən birində qızlığa götürdüyü Ninanı ölüncə döymüş, bundan sonra təcili tibbi yardım çağırmışdır. O, polisdə bildirmişdir ki, həmin gün qıza bərk hirslənmiş və əsəbiləşmişdi.
Hiltin övladlığa götürdüyü ikinci qız sosial müdafiə orqanlarının himayəsinə verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]