Amerikalı ekspert Azərbaycanın İrandakı səfirliyindəki kameralardan götürülən kadrlara diqqəti çəkib
Berlin, 27 yanvar, AZƏRTAC
Amerikalı analitik, İranın nüvə proqramı üzrə ixtisaslaşan UANI (“Birlikdə nüvə İranına qarşı”) təsisatının rəhbəri Ceyson Brodski özünün tviter səhifəsində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum barədə məlumat və müşahidə kameralarından videokadrlar yerləşdirib.
AZƏRTAC xəbər verir ki, şərhlərdə gedən qızğın diskussiyalarda o, guya terrorçunun cinayətin baş verdiyi yerə uşaqlarla birgə gəlməsi barədə əvvəlki məlumatların videokadrlarla ziddiyyət təşkil etməsinə diqqəti çəkib. Digər şərhçilər qatilin İslam İnqilabı Keşikçiləri Korpusuna mənsub olması ehtimalından yazaraq, bu təşkilatı terrorçu təşkilatlar siyahısına daxil etməyə çağırıblar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:59]
Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib
- 30.09.2026 [16:01]
Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]