SİYASƏT
Amerikalı müşahidəçi: Seçkiqabağı sorğu ilə bağlı nəticələr gələn həftə açıqlanacaq
![Amerikalı müşahidəçi: Seçkiqabağı sorğu ilə bağlı nəticələr gələn həftə açıqlanacaq](/files/2024/1/1200x630/17059133231000638723_1200x630.jpg)
Bakı, 22 yanvar, AZƏRTAC
Qarabağ və Şərqi Zəngəzura səfər edəcəyik. Biz əsasən, 4-5 mövzu üzrə sorğular aparacağıq. Bunlara ölkənin iqtisadi vəziyyəti, təhlükəsizliyi, Qarabağdakı qazanılan uğurlar daxildir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edən ABŞ-ın “ORACLE ADVISORY GROUP” təşkilatının nümayəndəsi George Brinbaum yanvarın 22-də keçirilən tədbirdə səsləndirib.
Təşkilatın nümayəndəsi bildirib ki, sorğuda, həmçinin alimlərin, ziyalıların fikirləri də öyrəniləcək.
“Ölkənin 500 məntəqəsində müşahidə aparacağıq, 25 nəzarətçimiz olacaq. Hər 3 saatdan bir daxili hesabat hazırlanacaq. Seçkiqabağı sorğu ilə bağlı nəticələr gələn həftə açıqlanacaq”, - deyə George Brinbaum bildirib
Qeyd edək ki, fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərində səsvermə günü “exit-poll” keçirmək üçün MSK-ya müraciət edənlərdən biri də Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasıdır. Liqa “exit-poll”u ABŞ-ın “OREACLE ADVISORY GROUP” təşkilatı ilə birgə keçirəcək.