SİYASƏT
Amerikalı tələbələrə Azərbaycan haqqında geniş məlumat verilib
Universitetin prorektoru Keti Layt giriş nitqində qeyd edib ki, bu ali məktəbin missiyası tələbələri “qloballaşmaqda olan dünyanın mürəkkəbliklərini və bizim vətəndaş vəzifələrimizi” anlamağa hazırlamaqdır.
E.Süleymanov çıxışı zamanı tələbələrin Azərbaycan haqqında və iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, energetika, beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə suallarına cavab verib. H.Kuellar ABŞ-ın strateji tərəfdaşı və müttəfiqi olan Azərbaycanın regionun inkişafında rolunu qeyd edib.
Konqresmen vurğulayıb ki, 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda terror hücumlarından sonra Azərbaycan Birləşmiş Ştatlara beynəlxalq təhlükəsizlik sahəsində dərhal öz köməyini təklif etmiş ilk ölkələrdən biri olub.
Türkiyənin, İsrailin və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu qeyd edilib.
Kuellar deyib: “Sürətlə böyüməkdə olan San-Antonio şəhərinin qeyri-məhdud ixrac potensialını nəzərə alaraq, Cənubi Texas ilə Azərbaycan arasında əlaqələri möhkəmlətmək mümkündür”.
Konqresmen Universitetin müdiriyyətinə təşəkkürünü bildirərək deyib ki, bu tədbir tələbələrin dünyanın mühüm və inkişaf etməkdə olan regionları barədə daha artıq bilik əldə etməsinə imkan yaradır.
O, Azərbaycan ilə ABŞ arasında əlaqələrin daha da genişlənəcəyinə ümidvar olduğunu qeyd edib.
E.Süleymanov Texas ştatına səfəri çərçivəsində San-Antonio şəhərinin meri xanım Ayvi Teylor ilə də görüşüb.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton