Ana Kristina İngles: WUF hər bir şəhər üçün əsl fürsətdir VİDEO
Bakı, 17 may, AZƏRTAC
Hər hansı bir şəhərin nümunəvi modelə çevrilməsi üçün əsas şərt icmaların rəyini dinləmək, onların real ehtiyaclarını müəyyənləşdirmək və inkişafı təmin edəcək zəruri investisiyaların cəlb olunmasını stimullaşdırmaqdır. Həmçinin uzunmüddətli perspektivdə bu təşəbbüslərin davamlılığını təmin edəcək müvafiq siyasətlərin formalaşdırılmasıdır. WUF13-ə ev sahibliyi edən Bakının da yeni yanaşmaları öyrənmək üçün böyük fürsəti var.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Anqola Şəhər Laboratoriyasının nümayəndəsi Ana Kristina İngles deyib.
O qeyd edib ki, WUF hər bir şəhər üçün əsl fürsətdir. “Urbanizasiya sahəsində inkişaf etmək istəyən bütün ölkələr öz sabitliyinə çox diqqət yetirməlidir. Şəhər sektoruna, səhiyyə və təhsilə qoyulan investisiyalardan danışırıq, ancaq sabitlik olmadan yatırılan investisiyalardan ən yaxşı şəkildə istifadə edə bilməyəcəyik”, - deyə Ana Kristina İngles bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.05.2026 [16:48]
Orifcan Feyziyev: WUF13-də yeni bacarıqlar və təcrübələrlə tanış olduq
- 17.05.2026 [16:45]
Braziliya təmsilçisi: Azərbaycanın təcrübələrini öyrənəcəyik
- 17.05.2026 [16:37]
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Azərbaycana səfərə gəlib
- 17.05.2026 [16:24]