Anar Bağırov: Azərbaycanda ilk dəfə vəkillərin sayı 2300-ü ötüb
Bakı, 11 aprel, AZƏRTAC
Bu gün vəkilliyə 83 namizədin andiçmə mərasimi keçirildi. Beləliklə, Azərbaycanda ilk dəfə vəkillərin sayı 2322 nəfərə çatıb. Hesab edirik ki, bu, böyük uğurdur.
AZƏRTAC xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov aprelin 11-də jurnalistlərə müsahibəsində deyib.
“Son illər vəkillik sahəsində aparılan islahatlar bəhrəsini verməkdədir. Bu gün hər bir hüquqşunas vəkil olmaq arzusundadır. Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları, insanların hüquq peşəsinə, məhkəmə hakimiyyətinə, vəkil peşəsinə inamını xeyli artırıb”, - deyə A.Bağırov bildirib.
Kollegiya sədri vurğulayıb ki, Azərbaycanda qadın vəkillərin sayı artmaqdadır. Hazırda vəkillik fəaliyyəti ilə məşğul olan şəxslərin 20 faizini qadınlar təşkil edir. A.Bağırov qadın vəkillərin sayının gələcəkdə də artacağına ümid etdiyini söyləyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:17]
Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb
- 10.08.2026 [14:16]
Sosial xidmətə cəlb edilən uşaqlar üçün ekskursiya təşkil edilib
- 10.08.2026 [13:04]
Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib
- 10.08.2026 [12:56]
Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
- 10.08.2026 [12:39]