Anar İsrafilov: Vərəmlə bağlı müayinələrin yerlərdə profilaktik qurğularla aparılmasını planlayırıq
Bakı, 4 oktyabr, AZƏRTAC
Vərəmlə bağlı müayinələrin yerlərdə profilaktik qurğularla aparılmasını planlayırıq. Xəstəliyin aradan qaldırılmasında mütəşəkkillik çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov Ümumdünya Ağciyər Sağlamlığı Gününə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı deyib.
O, vərəmlə mübarizənin dünyada aktual problemlərdən biri olduğunu, Ümumdünya Səhiyyə Təşkilatının, bir çox təşkilat və dövlətlərin səylərinə baxmayaraq, gündəlik 4000-4500 insanın həmin xəstəlikdən həyatını itirdiyini, onlardan 600-700-nün uşaqlar olduğunu diqqətə çatdırıb: “Bu, problemin miqyasını bizə göstərir, daha əzmlə və mütəşəkkil çalışmağa sövq edir”.
Ölkəmizdə vərəmlə mübarizə tədbirlərindən bəhs edən A.İsrafilov müsbət nəticələrin də müşahidə edildiyini bildirib: "Sumqayıtda xəstələrin dərmanları birbaşa evlərinə çatdırılır və videokonfrans vasitəsilə qeydə alınır. Bu da yoluxmanın qarşısının alınması üçün çox önəmlidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:04]
Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır
- 09.06.2026 [15:56]
Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub
- 09.06.2026 [15:48]
Vyetnamın Baş prokuroru “ASAN xidmət”də
- 09.06.2026 [15:42]
Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb
- 09.06.2026 [15:01]
Milli Qurtuluşdan Zəfərə aparan şanlı yol
- 09.06.2026 [14:40]