ANGELA MERKEL VATİKANA SƏFƏR EDƏCƏK
Almaniya kanslerinin Vatikan dövləti ilə əlaqələri üzrə səlahiyyətli nümayəndəsi Tomas Şteq KİV nümayəndələrinə müsahibəsində təsdiq etmişdir ki, rəsmi audiensiya Roma katolik kilsəsi başçısının yay iqamətgahı Kastel-Qandolfoda keçiriləcəkdir.
Rəsmi audiensiya mərasimi bitdikdən sonra aparılan ikitərəfli şəxsi danışıqların və məsləhətləşmələrin gedişində tərəflər Almaniya ilə Vatikan dövləti arasında əməkdaşlığın dərinləşdirilməsi, həmçinin müqəddəs atanın bu ilin sentyabrında vətəni Almaniyaya səfərinə hazırlıq məsələləri müzakirə ediləcəkdir.