Angela Merkelin Azərbaycana səfəri Ukrayna mətbuatında geniş işıqlandırılıb
Kiyev, 26 avqust, AZƏRTAC
Almaniya Federativ Respublikasının Federal Kansleri xanım Angela Merkelin Azərbaycana rəsmi səfəri Ukrayna mətbuatında geniş yer ayrılıb.
AZƏRTAC xəbər verir ki, UKRİNFORM dövlət informasiya agentliyi və “INTERFAX-Украина” xəbər agentliyinin Federal Kanslerin Azərbaycana səfəri bir sıra xəbərlər yayıblar.
Məqalələrdə qeyd edilir ki, Angela Merkel səfər zamanı keçirdiyi görüşlərdə Azərbaycanın Almaniya üçün vacib ticarət tərəfdaşı olduğunu vurğulayıb, onun Avropanın enerji təhlükəsizliyindəki rolundan danışıb.
Eyni zamanda, yazılarda Merkelin səfər zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad etdiyi bildirilib.
Məqalələrdə daha sonra vurğulanır ki, Almaniya Azərbaycanla iqtisadi əməkdaşlığın inkişafında maraqlıdır. Xanım Merkelin səfər zamanı Azərbaycanın təbii qazının Avropaya nəqli məsələsinin də müzakirə olunduğu qeyd edilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev