Ankarada Heydər Əliyevin xatirəsinə həsr olunmuş məktəb müsabiqələrinin qalibləri mükafatlandırılacaq
Ankara, 4 dekabr, AZƏRTAC
Ankarada Heydər Əliyev adına orta məktəbdə Azərbaycanın Ümummilli Liderinin xatirəsinə həsr olunmuş tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində Azərbaycan dövlətçiliyinin memarının xatirəsinə həsr olunmuş məktəb müsabiqələrinin qaliblərinin mükafatlandırılması planlaşdırılır.
Tədbirdə diplomatlar, Ankaranın Yenimahalle rayonunun Təhsil İdarəsinin nümayəndələri, iki qardaş ölkənin ictimaiyyətinin nümayəndələri iştirak edəcəklər.
Mərasimdə dahi dövlət xadiminə həsr edilmiş film nümayiş olunacaq. Heydər Əliyev adına məktəbin şagirdlərinin iştirakı ilə musiqi proqramı planlaşdırılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]
Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib
- 29.09.2026 [18:20]
“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO
- 29.09.2026 [17:43]