Ankarada keçirilən konfransda Türkiyə-Fransa münasibətlərində erməni problemi məsələsi müzakirə olunub
Ankara, 3 mart, AZƏRTAC
Ankaradakı Avrasiya Tədqiqatları Mərkəzində keçirilmiş növbəti konfrans “Türkiyə-Fransa münasibətlərində erməni problemi və türk diasporunun rolu” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Çanaqqala 18 Mart Universitetinin tədqiqatçısı Nihal Eminoğlu Fransanın ermənilərlə bağlı siyasəti haqqında danışıb. Diqqətə çatdırılıb ki, Fransa prezidentlərinin bununla bağlı bəyanatlarında bəzi dəyişikliklər müşahidə edilsə də, əslində Parisin uydurma “erməni məsələsi”nə dair siyasəti dəyişməyib. Bu mövzudan hər zaman daxili siyasətdə, hətta bəzən beynəlxalq münasibətlərdə də vasitə kimi istifadə edilib.
Dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, diplomatların iştirak etdikləri toplantıda bildirilib ki, Fransadakı türk icması bu ölkədə fəaliyyət göstərən erməni diasporuna qarşı daha təsirli gücə çevrilməlidir. Bunun üçün türk icmasının daha yaxşı təşkilatlanması və sıx birliyi zəruridir. Səmərəli nəticə əldə etmək üçün türk icmaları əlaqəli şəkildə fəaliyyət göstərməli və fəal olmalıdırlar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:30]
Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]