Ankarada Naxçıvan Muxtar Respublikasına Türkiyədən təbii qaz tədarükünə dair anlaşma memorandumu imzalanacaq
Ankara, 15 dekabr, AZƏRTAC
Bu gün Ankarada “Türkiyə Respublikasının Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında Naxçıvan Muxtar Respublikasına Türkiyə Respublikasından təbii qazın tədarükünə dair anlaşma memorandumu” imzalanacaq.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov artıq Türkiyədə səfərdədir. Sənədin hər iki ölkənin enerji nazirləri tərəfindən imzalanması gözlənilir.
Qeyd edək ki, təbii qazın Türkiyənin İğdır vilayətindən Naxçıvan Muxtar Respublikasına nəqli üçün yeni boru kəməri inşa ediləcək. Layihəni SOCAR və Türkiyənin “Botaş” şirkəti həyata keçirəcək.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]