ANKARADA ORTA MƏKTƏBƏ ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN ADININ VERİLMƏSİ MÜNASİBƏTİLƏ MƏRASİM KEÇİRİLMİŞDİR
Məktəbin əsas korpusunun foyesində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən fotostend təşkil olunmuşdu.
Ölkəmizin Ankaradakı səfiri Zakir Həşimov məktəbin müdiriyyətinə ümummilli liderimizin portretini və nəfis Azərbaycan xalçası, Heydər Əliyev Fondu adından ulu öndərin həyat və fəaliyyətinə dair kompakt disklər, erməni terroru və torpaqlarımızın işğalından bəhs edən kitablar təqdim etdi.
Məktəbin müdiri Fəxrəddin Aksoy mərasimdə çıxış edərək, 1467 yerlik bu məktəbin türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin adını daşıdığından qürur duyduqlarını və bu təhsil ocağının onun adına layiq olacağını söylədi.
Məktəbin şagirdlərinin ifasında Azərbaycan milli rəqsləri nümayiş etdirildi.
Sonra mərasim iştirakçıları məktəbin fənn kabinələri, idman salonu və kompyuter otaqları ilə tanış oldular, şagirdlər və valideynlərlə görüşüb söhbət etdilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]