ANKARADA ZƏLZƏLƏ BAŞ VERMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 7-də yerli vaxtla saat 21.25 radələrində Ankarada rixter cədvəli ilə 4,1 bal gücündə zəlzələ baş vermişdir. İstanbulun Kandilli seysmologiya mərkəzinin məlumatına görə, zəlzələnin mərkəzi Ankaradan 30 kilometr uzaqda yerləşən Haymana qəsəbəsindədir. Dağıntılar və tələbat barədə məlumat verilmir.