Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aparılan islahatlar qeyri-formal məşğulluğun səviyyəsinin azaldılmasına müsbət təsir göstərir

Aparılan islahatlar qeyri-formal məşğulluğun səviyyəsinin azaldılmasına müsbət təsir göstərir

Bakı, 11 dekabr, Laçın Sultanova, AZƏRTAC

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri əhalinin səmərəli məşğulluq imkanlarının artırılmasıdır. Bu sahədə görülən işlər, xüsusən dövlət başçısının tapşırığı ilə ölkəmizdə icra olunan özünüməşğulluq proqramı barədə AZƏRTAC-ın suallarını AMEA İqtisadiyyat İnstitutunun Elmi katibi, Türkdilli Dövlətlərin İqtidsadçıları İctimai Birliyinin sədri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Rəsmiyyə Abdullayeva cavablandırıb.

- Rəsmiyyə xanım, ölkəmizdə əhalinin məşğulluğunun təmin olunması ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz, özünüməşğulluq proqramının bu istiqamətdə rolunu necə dəyərləndirirsiniz?

- Hər bir ölkədə məşğulluğun təmin olunması sosial-iqtisadi siyasətin əsas tərkib hissələrindən biri olmaqla, əhalinin sosial təminatının yaxşılaşdırılmasında ən mühüm vasitədir. Eyni zamanda, məşğulluq, təkcə işləyən əhalinin deyil, həmçinin işləyərək sığorta sistemində iştirak edənlərin də bu əsasda pensiyaya çıxdıqdan sonra pensiya təminatında müsbət rol oynayır.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsi də əhalinin səmərəli məşğulluq imkanlarının artırılmasıdır. Bunun nəticəsi olaraq Azərbaycanda yeni iş yerlərinin yaradılması daimi xarakter almışdır, 2003-2018-ci illərdə ölkəmizdə yeni yaradılan iş yerlərinin sayı 2 milyondan çoxdur. Ölkənin demoqrafik inkişaf perspektivlərinə, ölkənin iqtisadi prioritetlərinə əsaslanan “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” səmərəli məşğulluğun təmin edilməsinə yönəldilmiş uzunmüddətli dövlət məşğulluq siyasətini müəyyən edir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin aktiv məşğulluq tədbirləri əhalinin səmərəli məşğulluğunun təminatında önəmli rolunu oynayır. Eyni zamanda, aztəminatlı ailələrin özünüməşğulluq formasında kiçik sahibkarlığa çıxışına imkan yaradan özünüməşğulluq proqramının, işsiz və işaxtaranların əmək müqaviləsi əsasında ödənişli ictimai işlərlə təminatına şərait yaratmış “İşsizin DOSTu” proqramının əhəmiyyətini xüsusi qeyd etmək olar.

Özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 9310-a çatıb. Bu proqrama cəlb olunmaq üçün müraciət edənlər arasında üstünlük verilən sosial cəhətdən həssas kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir. 2018-ci ildə müraciət edən əlilliyi olan şəxslərdən özünüməşğulluq fəaliyyətini və kiçik biznesini qurmaq üçün potensialları olan 1000 nəfərdən çox əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib.

2005-ci illə müqayisədə 2018-ci ildə ölkəmizdə iqtisadi fəal əhalinin sayı 17,2 faiz artaraq 4,380 milyon nəfərdən 5,133 milyon nəfərə, iqtisadi fəal əhalinin ümumi sayından məşğul olanların sayı isə 20,0 faiz artaraq 4,062 milyon nəfərdən 4,879 milyon nəfərə çatmışdır. 2005-ci illə müqayisədə 2018-ci ildə iqtisadi fəal əhalinin ümumi sayından məşğul olanların xüsusi çəkisi artmış, işsizlərin xüsusi çəkisi isə ciddi şəkildə azalaraq 4,9 faizə enmişdir.

Dövlət mülkiyyətinin özəlləşdirilməsi nəticəsində iqtisadiyyatda məşğul olanların mülkiyyət növləri üzrə bölgüsündə də dəyişikliklər baş vermişdir. Əgər 2000-ci ildə iqtisadiyyatda məşğul olanların 34,5 faizi dövlət, 65,5 faizi qeyri-dövlət sektorunda çalışırdısa, 2018-ci ildə iqtisadiyyatda məşğul olanların 23,7 faizi dövlət, 76,3 faizi isə qeyri-dövlət sektorunun payına düşmüşdür.

Müvafiq ildə təhsil, istirahət, əyləncə və incəsənət, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı kimi sahələrdə dövlət sektorunda, emal, mədənçıxarma sənayesində, tikintidə, turistlərin yerləşdirilməsi və ictimai iaşə, ticarət, nəqliyyat vasitələrinin təmiri kimi sahələrdə isə qeyri-dövlət sektorunda çalışanların xüsusi çəkisi daha yüksək olmuşdur.

- Son illərdə ölkəmizdə qeyri-formal məşğulluqla mübarizə güclənib. Ümumiyyətlə, qeyri-formal məşğulluq nədir və ölkəmizdə qeyri-formal məşğulluqla bağlı vəziyyət necədir?

- “Məşğulluq haqqında” Qanuna görə qeyri-formal məşğulluq -  Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq əmək müqaviləsi (kontrakt) və ya Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətin yerinə yetirilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıq fəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcə də “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli özünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndli təsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsidir.

Qeyri-formal məşğulluq daha çox özünü qeyri-dövlət sektorunda, xüsusilə də, tikinti və xidmət sektorunda göstərir. Bu, bütün dünya ölkələri üçün xarakterikdir. Dünya Bankının hesablamalarına görə dünyada pərakəndə satış, tikinti və bu kimi bəzi sahələrdə məşğul olanların 80 faizini qeyri-leqal fəaliyyət göstərənlər təşkil edir.

Ümumiyyətlə, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının araşdırmalarına görə dünyada 1 milyard 800 milyondan artıq insan qeyri-formal əmək bazarının iştirakçısıdır. Qeyri-formal məşğulluğun 93 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Qanunvericiliyə görə, əmək müqaviləsi, xidməti müqavilə ilə çalışanlar, sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, torpaq mülkiyyətçiləri daxil olmaqla qanuni əmək və yaxud sahibkarlıq fəaliyyəti ilə məşğul olan hər kəs (ev təsərrüfatı subyektləri) məcburi dövlət sosial sığorta ödənişi etməlidir.

- Qeyri-formal məşğulluğun hansı mənfi sosial nəticələri olur?

- Qeyri-formal məşğulluq işçini sosial təminat hüquqlarından (işsizliyə görə qanunvericiliklə müəyyən olunmuş dövlət təminatını almaq, iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək, sosial məzuniyyət ala bilmək, gələcəkdə pensiya almaq və s.) mərhum edir. Həmçinin, qeyri-formal məşğulluq vergi və sosial sığorta daxilolmalarına ciddi ziyan vurur. Ona görə də hər bir işəgötürən və işçi arasında əmək münasibətləri rəsmiləşdirilməlidir.

- Əhali arasında qeyri-formal məşğulluğun sosial nəticələri ilə bağlı məlumatlılıq nə vəziyyətdədir?

- Əhali arasında bu məsələ ilə bağlı ciddi maarifləndirmə işləri aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə ardıcıl və məqsədyönlü işlər görür. Bu işlər, həmçinin nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xətti ilə mütəmadi olaraq işəgötürənlər və işçilərin iştirakı ilə əmək qanunvericiliyi, onun tətbiqi ilə bağlı, həmçinin qeyri-formal məşğulluğunun qarşısının alınması mövzularında maarifləndirici tədbirlərin təşkil olunması təqdirəlayiqdir. Nümunə üçün, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 2020-ci ildə QHT layihələrinin maliyyələşməsi ilə bağlı qrant müsabiqəsi elan etmişdir. Bu qrant müsabiqəsinin mövzularından bir neçəsi də məhz qeyri-formal məşğulluğa həsr olunmuşdu. Düşünürəm ki, maarifləndirmə prosesinə vətəndaş cəmiyyəti institutlarının cəlb olunması işin səmərəliliyini daha da artıracaq.

-Ölkəmizdə qeyri-formal məşğulluğun səviyyəsinin azaldılması ilə bağlı nə təklif edirsiniz?

-Ölkəmizdə keçən ilə kimi işəgötürənlər üçün sosial sığorta haqları çox yüksək - 22 faiz təşkil edirdi. Bu da qeyri-formal məşğulluğun xüsusi çəkisinin yüksək olmasına təsir göstərən ən ciddi faktor idi. Qeyri-formal məşğulluğun xüsusi çəkisinin azaldılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti 2018-ci il 30 noyabr tarixində “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq etdi. Bu qanuna görə məcburi sosial sığorta haqlarında bəzi dəyişikliklər edildi və neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaedənlərdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqlarına 2019-cu il yanvarın 1-dən 7 il müddətində güzəştlər nəzərdə tutuldu. Fikrimcə, bu islahat qeyri-formal məşğulluğun səviyyəsinin azaldılmasına ciddi şəkildə müsbət təsir göstərir. 2019-cu il ərzində təqdim edilən iki sosial paket çərçivəsində minimum əməkhaqqı da 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Bu da qeyri-formal məşğulluğun azaldılmasına öz müsbət təsirini göstərir. Ümumilikdə görülən kompleks tədbirlər əmək müqavilələrinin sayında davamlı artıma səbəb olur. Təkcə bu ilin ötən dövründə əmək müqavilələrinin sayında 150 mindən çox artım özünü göstərib.

Bu əsaslı dəyişiklik, ölkədə qeyri-formal məşğulluğun səviyyəsinin aşağı enməsini göstərməklə, eyni zamanda əhalinin sosial təminatının yaxşılaşdırılması prosesinin bir göstəricisidir. Təbii ki, bundan sonra da əhali arasında müvafiq maarifləndirmə işinin genişləndirilməsi zəruridir. Çünki qeyri-formal məşğul olan insan hansı sosial təminat hüquqlarından məhrum olduğunu bilməlidir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY