APARILMIŞ PROFİLAKTİKİ TƏDBİRLƏR MÜHÜM OBYEKTLƏRİN YANĞINDAN MÜHAFİZƏSİNİ TƏMİN ETMİŞDİR
Yanğın hadisələrinin 98,1 faizinin qarşısının alınması, şəxsi heyətin hazırlığının yüksək səviyyədə olduğunu göstərir. Yanğınlar zamanı 117 vətəndaşın həyatı (onlardan 6-sı azyaşlı uşaqdır) və 11 milyard 800 milyon manat əmlak xilas edilmişdir.
Ümumiyyətlə, 2002-ci ilə nisbətən ötən il ölkəmizdə baş vermiş yanğınların sayı, dəymiş ziyan, insan tələfatı azalmışdır.