Aprel ayında havanın temperaturu bəzi günlərdə 30 dərəcəyədək yüksələcək
Bakı, 31 mart, AZƏRTAC
Aprel ayında Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-14 dərəcə isti (gecələr 9-14, gündüzlər 14-19, bəzi günlərdə 22-26 dərəcə isti, ayın sonunda 29 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 23-33 mm) olacaq.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 12-16 dərəcə isti (gecələr 7-12, gündüzlər 14-19 dərəcə isti, bəzi günlərdə 25-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-59 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 8-12 dərəcə isti (gecələr 5-10, gündüzlər 11-16 dərəcə isti, bəzi günlərdə 21-26 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 54-83 mm) olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-16 dərəcə isti (gecələr 7-12, gündüzlər 14-19, bəzi günlərdə 25-30 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonlarında orta aylıq temperaturun 11-15 dərəcə isti (gecələr 7-12, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 23-28 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-126 mm) olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında orta aylıq temperaturun 14-17 dərəcə isti (gecələr 8-13, gündüzlər 15-20 dərəcə isti, bəzi günlərdə 26-31 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın (norma 30-49 mm) olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında orta aylıq temperaturun 10-14 dərəcə isti (gecələr 7-12, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 22-27 dərəcəyədək yüksələcək) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm) olacağı gözlənilir.