Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aprel döyüşləri şanlı Zəfərə gedən yolun başlanğıcı oldu

Aprel döyüşləri şanlı Zəfərə gedən yolun başlanğıcı oldu

Bakı, 3 aprel, AZƏRTAC

Rəşadətli Azərbaycan Ordusunun özünün şanlı tarixinə yazdığı parlaq qələbələrindən biri olan Aprel döyüşlərindən 7 il ötür. Bu tarixi qələbə xalqımızda işğal altında olan bütün torpaqlarımızın azad ediləcəyinə, əzəli və əbədi ərazilərimizdə qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın dalğalanacağına böyük əminlik yaratdı. Aprel döyüşləri ərəfəsində işğalçı Ermənistan silahlı qüvvələrinin təmas xəttində mütəmadi təxribatlar törətməsi adi hala çevrilmişdi. 2016-cı ilin mart ayından başlayaraq Ermənistan silahlı qüvvələrinin birləşmələri cəbhəboyu zonadakı yaşayış məntəqələrini daha intensiv atəşə tutmağa başladılar. Aprelin 2-nə keçən gecə düşmən bütün mövqelərimizi, eyni zamanda, mülki əhalini fasiləsiz atəşə tutdu. Azərbaycan dövləti tərəfindən dərhal adekvat tədbirlərin görülməsi ilə bağlı qərar qəbul edildi. 2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq Azərbaycan Silahlı Qüvvələri sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Geniş ərazini nəzarətdə saxlamaq imkanı yaradan strateji əhəmiyyətli Lələtəpə yüksəkliyi düşməndən təmizləndi.

Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyəti bu qələbə sayəsində Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın başlanması oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin yerləşdirilməsi ilə bağlı 2017-ci ildə imzaladığı Sərəncama əsasən, Böyük Qayıdış prosesinə start verildi. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı oldu.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Aprel zəfəri ilə Ermənistanın “məğlubedilməz ordu” mifi tamamilə dağıdıldı. Dünya Azərbaycan Ordusunun gücünün, qüdrətinin şahidi oldu. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində ordu quruculuğu sahəsində möhkəm təməl yaradıldı. Prezident İlham Əliyev ən yüksək tribunalardan bəyan edirdi ki, sülh danışıqları səmərə verməyəcəyi təqdirdə torpaqlarımızı hərb yolu ilə azad edəcəyik. Bu, bizim suveren hüququmuzdur.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Ermənistan təmas xəttində mütəmadi surətdə törətdiyi təxribatlarla sülh danışıqlarında maraqlı olmadığını açıq-aşkar təsdiqləyirdi. Aprel qələbəsi bu anormal tendensiyanın qarşısını almaqda işğalçı dövlətə və onun havadarlarına ciddi mesaj oldu. Dövlətimizin başçısı İlham Əliyevin bu Zəfərdən sonra, daha dəqiq desək, 2017-ci ilin 20 sentyabr tarixində Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı çıxışında dünyaya ünvanladığı mesajları yada salmaq istərdik: “Sual verilir: necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır”. Təcavüzkara münasibətdə bu cür siyasətin təkcə ədalətsizliyi nümayiş etdirmədiyini önə çəkən Azərbaycan Prezidenti onu da əlavə etmişdi ki, məsələyə bu cür beynəlxalq yanaşma Ermənistan diktatorluğunda belə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətlərini bundan sonra da davam etdirə bilərlər. BMT Baş Assambleyasının 72-ci sessiyasındakı çıxışında daha sonra 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin ölkəmizin ərazisində törətdikləri hərbi cinayətlərdən, Azərbaycan Ordusunun öz vətəndaşlarını müdafiə etmək üçün əks-hücum əməliyyatına əl atmağa məcbur olmasından və onun nəticələrindən bəhs edən Prezident İlham Əliyev bu çağırışı etdi ki, işğalçı dövlətin rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.

Xətai rayon təşkilatının sədri vurğulayıb ki, Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında aldıqları dərslərdən nəticə çıxarmayaraq 2020-ci ilin sentyabr ayının 27-də növbəti dəfə Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən intensiv raket atəşinə tutmaları dövlətimizin, xalqımızın səbir kasasını doldurdu. Müzəffər Ali Baş Komandanın “Hücum!” əmri Silahlı Qüvvələrimiz tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Aprel döyüşləri şanlı Zəfərə gedən yolun başlanğıcı oldu. Prezident İlham Əliyev Azərbaycan Ordusunun Aprel qələbələrini belə dəyərləndirdi: “Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir.” Ölkə Prezidentinin bu inamı dövlətimizin qətiyyətinə, Ordumuzun gücünə, xalqımızın birliyinə, həmrəyliyinə söykənirdi. 44 günlük İkinci Qarabağ müharibəsinin rəmzinə çevrilən “Dəmir yumruq” bu inamın təsdiqi oldu. 44 gündə 30 ilin işğalına son qoymaq rəşadətli Ordumuzun nəyə qadir olduğunu bir daha dünyaya nümayiş etdirdi. Azərbaycanın müharibə təcrübəsi, dastana çevrilən Şuşa əməliyyatı hazırda beynəlxalq ekspertlər tərəfindən geniş təhlil edilir və öyrənilir.

Vüqar Rəhimzadə bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu şanlı Zəfəri ilə ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi, ermənilərin bütün miflərini dağıtdı. Dünyaya sübut olundu ki, güclü, qüdrətli ölkə Azərbaycandır, məğlubedilməz ordu Azərbaycan Ordusudur, məğrur, yenilməz xalq Azərbaycan xalqıdır. Müzəffər Ali Baş Komandan adını tariximizə qalib Sərkərdə, torpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı. Bu gün Qarabağ və Şərqi Zəngəzur azaddır. Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mütəmadi bu ərazilərə səfərləri hər birimizdə böyük qürur hissi yaradır. Bu torpaqların sahibi bizik. Yeddi il bundan əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımız bu gün azad Qarabağda və azad Şərqi Zəngəzurda dalğalanır. Böyük Qayıdış proqramı uğurla icra edilir. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Tarixi ədalətə söykənərək Qərbi Azərbaycana qayıdacağımızı da böyük əminliklə bəyan edirik.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr

Azərbaycan və Türkiyə şahmat sahəsində əməkdaşlığı genişləndirəcək

Qərbi Azərbaycanda tarixi abidələrimiz - Amağu məbədi

® “KitKat” fasiləsindən tribunaya: kampaniya qalibləri Formula 1® həyəcanını canlı yaşadılar

ABŞ məhkəməsi “Apple” şirkətinin 5,7 milyard dollar təzminat ödəməsinə qərar verib

Azərbaycanlı ekspert Beynəlxalq Nəqliyyat Forumunun tədqiqat layihəsinə rəhbərlik edəcək

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Baş prokuror: Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb VİDEO

Gənclər Kitabxanası Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir

Gömrük Komitəsinin sədri Şirvanda vətəndaşların müraciətlərini dinləyəcək

Anım Günü “Azərxalça” ASC-də silsilə tədbirlərlə qeyd olunub

Baş Prokurorluğun nümayəndələri BMT-nin Cinayətkarlığın Qarşısının Alınması və Cinayət Ədliyyəsi üzrə XV Konqresində iştirak ediblər

Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər

İqtisadçı-alim: Azərbaycan biznes üçün maliyyə xidmətləri üzrə ən yüksək nəticəni göstərib

Gecə saatlarında Rusiya səmasında 254 dron vurulub

® Prokurorluq işçilərinə 3 faizədək endirimli, komissiyasız kredit

AMEA “Qarabağ: Arxeoloji mədəniyyətlər qovşağında” mövzusunda konfrans təşkil edəcək

ADPU-nun yeni strateji planı: 6 məqsəd, 34 konkret hədəf

Türk dünyası Anadolu-Cənubi Qafqaz-Türküstan geosiyasi xəttində yüksəlməyə davam edir - ŞƏRH

Mərkəzi Bank ilə “Citigroup” arasında strateji tərəfdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb

Paytaxtda avtobuslarla sərnişindaşıma 5,9 faiz artıb

“Azərişıq” nümayəndələri Şərurda fermer və sahibkarlarla görüşüblər

Fransada liseylərdə gərginlik: şagirdlər polis zorakılığından şikayət edir

BDU və 4SİM əməkdaşlığı: tələbələr üçün beynəlxalq sertifikat imkanı

Son iki gündə 99 cinayətin açılması təmin edilib

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

BDYPİ yük avtomobillərinin sürücülərinə çağırış edib

Nizami Gəncəvi irsi: Bəşəri dəyərlər və müasir gənclik

Azərbaycan Avropa Şurasının Təhsil üzrə Rəhbər Komitəsinin iclasında təmsil olunub

Polşalı jurnalist: Puxaç “Sabah”dakı uğurlu çıxışı ilə özünü xatırladaraq milli komandaya yenidən qayıtdı – MÜSAHİBƏ

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

"Birliyin Gücü – 2026” təlimində mühəndis bölmələri peşəkarlıq nümayiş etdiriblər VİDEO

ABŞ alimləri: Onurğa sümüyündə mineralların azalması idrak geriləməsi ilə nəticələnir

Azərbaycanın qarşısında duran əsas vəzifə gələcək nəsillərə güclü, suveren və qalib dövlət mirası ötürməkdir