APRELİN 15-DƏK ÖLKƏ ƏRAZİSİNDƏ HAVA ŞƏRAİTİNİN QEYRİ-SABİT KEÇƏCƏYİ GÖZLƏNİLİR
Bakı, 13 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında aprelin 14-də hava şəraitinin buludlu keçəcəyi, axşam və gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 6-8 dərəcə, gündüz 10-12 dərəcə təşkil edəcəkdir.
Aprel 15-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 10-13 dərəcə olacaqdır.
Azərbaycanın rayonlarında aprelin 14-15-də yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı, 15-də gündüz əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 7-9 dərəcə, gündüz 11-16 dərəcə, dağlarda gecə 1 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-10 dərəcə isti təşkil edəcəkdir.
Aprelin 15-dək ölkə ərazisində havanın temperaturu tədricən 3-6 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]