AQRAR BÖLMƏDƏ MƏHSUL BOLLUĞU MÜŞAHİDƏ EDİLİR
Bakı, 15 avqust (AZƏRTAC). Dövlət Statistika Komitəsindən bildirmişlər ki, aqrar bölmədə avqustun 1-dək payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 21,8 faizi yaxud 1077,7 min hektarı biçilmiş və həmin sahələrdən 2796,5 min ton məhsul götürülmüşdür. Orta hesabla hər hektardan 25,9 sentner, 2,2 min hektar qarğıdalı sahəsindən isə 6,8 min ton məhsul götürülmüşdür.
Yığım başlanandan tarlalardan 551,2 min ton kartof, 660,4 min ton tərəvəz, 162 min ton meyvə və giləmeyvə, 232,2 min ton bostan məhsulları, 0,7 min ton tütün toplanmışdır.
Yanvar-iyul aylarında 171,6 min ton, yaxud ötən ilin müvafiq dövrünə nisbətən 0,2 faiz çox diri çəkidə ət, 827,7 min ton süd (2,1 faiz çox), 716 milyon ədəd (11,6 faiz çox) yumurta, 13,2 min ton (2,7 faiz çox) yun istehsal olunmuşdur.
Ötən illə müqayisədə mövsümlük amili nəzərə alınmaqla bitkiçilik məhsulları istehsalı 9,2 faiz, heyvandarlıq məhsulları istehsalı 2,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu isə 6,6 faiz artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]