Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı bu il “AİM-Qarabağ” layihəsinin icrasına başlayacaq

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı bu il “AİM-Qarabağ” layihəsinin icrasına başlayacaq

Bakı, 21 yanvar, AZƏRTAC

“Aqrar İnkişaf Könüllüləri” Təşkilatı İctimai Birliyi ölkədə könüllülüyün inkişafı, gənclərin könüllü fəaliyyətinə cəlb olunması, aqrar sahəyə maraqlarının artırılması və ümumilikdə gənclərin inkişafı məqsədilə bir çox önəmli layihələr reallaşdırır. İctimai Birliyin sədri Kamran Əliyev ötən il görülən işlər və qarşıda duran vəzifələrlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb.

- Son illərdə Azərbaycanda könüllülük hərəkatı geniş vüsət alıb. Aqrar sektorun inkişafına ictimai dəstək vermək məqsədilə yaradılan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının əsas vəzifələri hansılardır?

- Könüllülük Azərbaycan xalqı üçün yad olmayan bir dəyərdir. Xalqımız əsrlərboyu gündəlik həyatında məhz könüllülük fəlsəfəsi və dəyərlərini özündə rəhbər tutaraq yaşayıb və tariximizin müxtəlif dövrlərində bunun şahidi olmuşuq. Bu hadisələrdən biri də 2020-ci ildə xalqımızın şərəflə tarixə yazdığı Vətən müharibəsidir. 27 ildən çox düşmən tapdağı altında olan torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilməsinin məhz dövlət başçısı tərəfindən elan edilmiş “Könüllülər ili”ndə baş tutması, düşmənlə ön və arxa cəbhədə döyüşən könüllülərimizə ayrı bir qürur hissi yaşadır. Bu gün cəmiyyətimizdə bilikli, vətənpərvər, kamil və kreativ düşüncəli bir gənclik formalaşmaqdadır. Son illərdə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin geniş vüsət alması onların tələbəlik dövrünün özlərini inkişaf etdirməsi və daha məhsuldar keçməsinə maraqlarının artmasından irəli gəlir. Hazırda Azərbaycan gəncliyi müxtəlif istiqamətlər üzrə könüllü fəaliyyətinə qoşula, özlərini maraq göstərdikləri sahə üzrə inkişaf etdirə bilərlər.

2018-ci ildən etibarən fəaliyyətə başlayan “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı regionda və paytaxtda yaşayan gənclərimizin aqrar sahəyə marağının artırılması, habelə onların şəxsi inkişafının təmin edilməsi məqsədilə yaradılıb. Hazırda ölkənin 51 regionunda nümayəndəliyi fəaliyyət göstərən “Aqrar İnkişaf Könüllüləri” Təşkilatına bu günədək 4000-ə yaxın könüllü üzv olub. Təşkilatımız tərəfindən müxtəlif layihə, aksiya və tədbirlərin həyata keçirilməsində 7000-ə yaxın gəncin iştirakı təmin edilib.

- Azərbaycan gənci Aqrar İnkişaf Könüllüsü olmaq üçün nə etməlidir? Könüllülük fəaliyyətini uğurlu karyeranın başlanğıcı saymaq olarmı?

- Aqrar İnkişaf Könüllüləri sırasına qoşulmaq üçün 16-26 yaş aralığında olan hər bir gənc veb- saytımız (http://agrovolunteers.az ) vasitəsilə qeydiyyatdan keçib digər mərhələlərə dəvət olunurlar. Regionlar üzrə DAİM-lərdə fəaliyyət göstərən Aqrar İnkişaf Könüllüləri 3 ay ərzində fermerlərdən sorğuların götürülməsi, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiq edilməsi üçün fermerlərə dəstək göstərilməsi prosesində, aqrar sahə üzrə spesifik təlimlərdə iştirak edərək bu sahə üzrə biliklərini artırır, vətənpərvərlik istiqamətində müxtəlif aksiya və tədbirlərdə iştirak edirlər. Gənclərin cəmiyyətdə layiqli iş yeri tapması, sevdikləri işdə uğur qazanmasında onların könüllü kimi fəaliyyətinin rolu danılmazdır. Bu baxımdan könüllülük fəaliyyəti uğurlu karyeranın təməlidir. Təşkilatımız üzvləri olan gənclərin cəmiyyətə inteqrasiyası, işlə təminatı baxımından onlara faydalı olub. Hazırkı statistikaya əsasən 700-dək könüllümüz aqrar sahədə müxtəlif müəssisələrdə işlə təmin olunub və bu sahə üzrə çalışırlar. Aqrar İnkişaf Könüllülərinin 200-ə yaxın məzunu tərəfindən fermer təsərrüfatı formalaşdırılıb, hazırda onlar bu istiqamətdə fəaliyyətlərini davam etdirirlər.

- Adətən könüllülük fəaliyyəti üçün daha çox gənclər müraciət edir. Yaşı çox olan şəxslərdən sizin təşkilata üzv olmaq istəyənlər olurmu?

- Fəaliyyətimiz ərzində qeyd etdiyiniz xarakterli müraciətlər qeydə alınıb. Regionlarda yaşayan könüllülərimizin fəaliyyətinə daim dəstək olan, təsərrüfatlarında ekskursiyalar təşkil edən və öz təcrübələrini bölüşən fermerlərimiz mövcuddur. Həmin fermerlərə göstərdikləri dəstəyi ictimailəşdirərək onlara minnətdarlığımızı bildirmək məqsədilə “Ayın könüllü fermeri” layihəmizə start vermişik. Bu layihə çərçivəsində qeyd etdiyimiz istiqamətdə fəaliyyət göstərən fermerləri müəyyənləşdirərək aidiyyəti üzrə “Ayın könüllü fermeri”ni seçəcəyik.

- 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi təşkilatın fəaliyyətinə necə təsir göstərdi?

- 2020-ci ildə Aqrar İnkişaf Könüllüləri ölkədə karantin rejimi müəyyən olunmamışdan öncə “Gənc Əkinçilər”, “Laza Qış Düşərgəsi” və region nümayəndəlikləri tərəfindən müxtəlif təlimlər, ekskursiyalar həyata keçirib. Mart ayından etibarən ölkədə koronavirus pandemiyasının yayılması və kütləvi tədbirlərin təxirə salınması ilə Aqrar İnkişaf Könüllüləri də fəaliyyətini məhdudlaşdırmaq məcburiyyətində qalsa da, Prezidentimizin “Könüllülər ili”ndə könüllülərə çağırış edərək pandemiya ilə mübarizə tədbirlərində aktiv olmağa dəvət etməsi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən bir sıra məhdudiyyətlərin tətbiq olunmasına baxmayaraq, Aqrar İnkişaf Könüllülərinin hərəkətinə icazənin verilməsi bu istiqamətdə bizim var gücümüzlə çalışmağımızı stimullaşdırdı. Nəticədə təşkilatımız tərəfindən müxtəlif layihələrin icrasına başlanıldı. Belə ki, könüllülərimiz tərəfindən karantin dövründə “Kənd Sovqatı” layihəsi çərçivəsində müxtəlif özəl şirkətlərin dəstəyi ilə 700-dən çox aztəminatlı ailəyə ərzaq yardımı çatdırıldı. Bundan başqa, yaşı 65-dən yuxarı olan fermerlərimizin xüsusi risk qrupuna aid edilməsini nəzərə alaraq, həmin yaş qrupuna məxsus fermerlərimizin ehtiyaclarını öyrənilməsi və bu ehtiyacların təminatına dəstək göstərmək məqsədilə tərəfimizdən “Fermerin Dostu” layihəsi həyata keçirilib. Layihə çərçivəsində ümumilikdə 500-dən çox fermerə könüllülərimiz tərəfindən sosial xidmət göstərilib.

Həmçinin xüsusi karantin rejimi müddətində gənclərin vaxtlarının səmərəli təşkil olunması, “evdə qal” çağırışına dəstək məqsədilə “Oxu Paylaş” aksiyası keçirilib. Aksiyada bu günədək 300 nəfərdən çox gənc iştirak edib və sevdikləri kitablar haqqında qısa videolar çəkərək digər gənclərlə fikirlərini bölüşüblər. Aksiyaya fermerlər, tanınmış şəxslər də qoşulub. Eyni zamanda, karantin dövründə fermer təsərrüfatlarının effektivliyini artırmaq üçün təşkilatımız tərəfindən “Öyrənən Fermer” layihəsi çərçivəsində onlayn məsləhət xidməti fəaliyyətə başlayıb. Təlimlər Kənd Təsərrüfat Nazirliyinin müxtəlif Elmi-Tədqiqat İnstitutlarının tərəfdaşlığı ilə keçirilib.

Ənənələri əsas tutaraq aqrar sahədə yaradıcı fəaliyyətin stimullaşdırılması məqsədilə “Aqroart” Proqramının icrasına başlanılıb. Proqram çərçivəsində uşaqların aqrar sahəyə marağının artırılması məqsədilə “Kids Agro Art” layihəsi keçirilib. Proqram çərçivəsində aqrar sahə üzrə incəsənət nümunələri, filmlər, şəkillər, festivallarda hazırlanmış ekspozisiyalar haqqında mütəmadi olaraq məlumatlar paylaşılıb. Həmçinin plastik tullantılardan istifadə etməklə yaradılan incəsənət nümunələri ilə bağlı müxtəlif məlumatlandırıcı videolar hazırlanıb.

Ötən il gənclərin aqrar sahə üzrə biliklərin artırılması, aqrar sahədə kadr potensialının inkişafına dəstəyin göstərilməsi məqsədilə peşəkar mütəxəssislərlə birgə ölkə üzrə gənclər üçün fikir mübadilə platforması olan Aqrar İnkişaf Könüllülərin I Ümumrespublika Veb Forumu təşkil olunub. Forumda 100 gənc iştirak edib. Forum müddətində gənclər mütəxəssislərin vasitəsilə lazımi biliklərə yiyələndilər və peşəkar kadrların təcrübələri ilə tanış olmaq imkanı qazandılar.

Əsas məqsədi gənclərin aqrar sahə barədə məlumatlandırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi olan və “Azərbaycan Gənclər Fondunun” dəstəyilə həyata keçirilən “Səyyar Aqro Məktəb” layihəsi çərçivəsində mütəxəssislər tərəfindən iştirakçılara təsərrüfatların yaradılması, idarəolunması və gələcəkdə inkişaf etdirilməsi, aqrar təhsilin önəmi və imkanlar haqqında geniş məlumat verilib. Layihə Zaqatala, Şəki, Qax, Balakən, Oğuz və Şamaxı rayonlarında həyata keçirilib. Layihədə 300 gənc iştirak edib.

Vətən müharibəsi başlandığı gündən etibarən “Aqrar İnkişaf Könüllüləri” Təşkilatının və “ASAN Könüllüləri” Təşkilatının təşəbbüsü, “Azərbaycan Könüllü Təşkilatları” İttifaqının dəstəyilə “Mətbuat Səngəri” platforması fəaliyyətə başlayıb. Layihə Qarabağ haqqında həqiqətləri dünyaya çatdırmaq, Ermənistan mediasının yaydığı dezinformasiyaların qarşısını almaq, vətənpərvərlik ruhunun təbliğini özündə ehtiva edib. Layihə çərçivəsində ümumilikdə 100-dən çox gənc bir araya toplaşaraq Qarabağ haqqında həqiqətləri və Ermənistan tərəfindən törədilən təxribatlar haqqında məlumatları “Twitter”, “Facebook” platformaları vasitəsilə dünyaya çatdırıb.

Məlum olduğu kimi, şanlı qələbə ilə yekunlaşan Vətən müharibəsində 2855 soydaşımız qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə ucalıb. Aqrar İnkişaf Könüllüləri olaraq ölkə ərazisində şəhidlərimizin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyasına start verdik. Aksiya çərçivəsində hər bir bölgəmizdə qəhrəmanlarımızın ruhunu şad etmək və gənclərimizə vətənpərvərlik ruhunu aşılamaq məqsədilə şəhidlərimizin sayı qədər ağac əkilib.

Ötən il ən vacib hadisələrdən biri də təşəbbüs qrupunda Aqrar İnkişaf Könüllülərinin yer aldığı Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi yaradıldı. Mərkəz çərçivəsində “Böyüklərimizi qoruyaq”, “Könüllü Qonşu”, “Bir-birimizi qoruyaq”, “Könüllü donor” aksiyaları həyata keçirilib və Aqrar İnkişaf Könüllüləri bu proseslərdə xüsusi aktivlik göstəriblər.

- Torpaqlarımızın işğaldan azad edilməsi fəaliyyətinizə necə təsir edəcək? Bu il üçün planlarınız nələrdən ibarətdir?

- Nəzərinizə çatdırmaq istərdim ki, Vətən müharibəsində cəbhəyə yollananlar arasında 11 nəfər Aqrar İnkişaf Könüllüsü var. Könüllülərimizdən 2 nəfər ərazi bütövlüyümüzün bərpası uğrunda qəhrəmancasına şəhid olub. Şəhid olan könüllülərimizin xatirəsini əbədiləşdirmək məqsədilə “ZəfərimİZin memuarları” layihəsinə başlamağı planlaşdırırıq. Layihə çərçivəsində şəhidlərimizin ailə üzvlərindən, eləcə də qazilərimizin keçdikləri döyüş yolu ilə bağlı məlumatlar ictimaiyyətə açıqlanacaq, onların göstərdikləri qəhrəmanlıq və şücaətdən bəhs olunacaq.

Bundan başqa, ən mühüm layihələrimizdən biri olan, işğaldan azad olunan ərazilərdə kənd təsərrüfatının inkişaf etdirilməsinə dəstək göstərmək məqsədilə Azərbaycan Gənclər Fondunun tərəfdaşlığı ilə “AİM-Qarabağ” layihəsinin icrası nəzərdə tutulur. Layihə çərçivəsində işğaldan azad olunmuş ərazilər üzrə qeydiyyatda olan 50 gəncin müəyyən edilərək mütəxəssislər tərəfindən onlara təlimlərin keçirilməsi, həmin gənclərə öz doğma torpaqlarında fermer təsərrüfatlarının formalaşdırmaları istiqamətində dəstəyin göstərilməsi planlaşdırılır.

Bundan başqa, bu ərazilərin tarixən Azərbaycan xalqına məxsus olması, Azərbaycan tarixini dünya ictimaiyyətinə tanıtmaq məqsədilə Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyilə 3 dildə (rus, İngilis və fransız) “Keçmişin gələcəyi” adlı animasiya filmi üzərində işləyirik. Bu filmi yaxın zamanlarda ictimaiyyətə təqdim edəcəyik. Filmdə Səfəvilər dövründən bu günədək baş verən proseslər, tarixi-mədəni irsimiz haqqında məlumatlar öz əksini tapacaq. Ümid edirəm ki, bu film Azərbaycan həqiqətlərinin dünyaya tanıdılması işinə az da olsa, töhfə vermiş olacaq.

- Bu ilin “Nizami Gəncəvi İli” elan edilməsi fəaliyyətinizdə hansı dəyişikliklərə səbəb olacaq?

- Fəaliyyət göstərdiyimiz dövrdə könüllülərimizə milli-mənəvi dəyərlərin aşılanması istiqamətində daim iş aparmışıq. Hazırda cari ildə bu istiqamətdə görəcəyimiz işlər arasında Nizami Gəncəvinin həyat və yaradıcılığının könüllülərimiz və fermerlərimiz arasında təbliğ etmək də var. Belə ki, Nizami Gəncəvi Azərbaycan ədəbiyyatına dəyərli əsərlər bəxş edib. Dahi şairin “Xəmsə”si ədəbiyyatımızın inkişafında, dünya miqyasında tanınmasında çox mühüm rol oynayıb. “Nizami Gəncəvi İli” çərçivəsində fermerlərlə sorğu və maarifləndirmə işləri aparılacaq, şairimizin həyatı və yaradıcılığı haqqında onlara məlumatlar veriləcək. Könüllülərin bacarıqlarının üzə çıxması və onların inkişafında mühüm rol oynayacağını nəzərə alınaraq Nizami Gəncəvinin şeirləri əsasında “Könüllülər arasında şeir yarışması”nı həyata keçirməyi planlaşdırırıq. Həmçinin, dahi şairimizin anadan olmasının 880 illik yubileyi ilə əlaqədar 880 ağacın əkilməsini nəzərdə tuturuq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY