Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqrar sektor yeni inkişaf mərhələsində

Noyabrın 1-i Azərbaycanda kənd təsərrüfatı işçilərinin peşə bayramı günüdür

Bakı, 1 noyabr, AZƏRTAC

Son illərdə ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, dövlətin inzibati və maliyyə resurslarından səmərəli istifadə olunması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib.

2014-cü ildən etibarən aqrar islahatların müasir mərhələsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş siyasi qərarlar ölkədə aqrar sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsinə təkan verməklə, bu sahədə inkişafın keyfiyyətcə yeni mərhələyə keçid üçün baza yaratmağı qarşıya məqsəd qoyur. Bu isə, hər şeydən öncə, dayanıqlı inkişafın təmin edilməsi məqsədilə institusional potensialın müasir tələblərə uyğun gücləndirilməsini zəruri edir.

AZƏRTAC kənd təsərrüfatı işçilərinin peşə bayramı günündə bu ilin ötən dövründə aqrar sektorda qazanılan nailiyyətlərə, ixracın artım dinamikasına, dövlətin məhsul istehsalçılarına göstərdiyi dəstəyin nəticələrinə və ümumilikdə, sahənin prioritetlərinə nəzər salır.

İdarəetmədə şəffaflıq və səmərəliliyin artırılması mühüm vasitədir

İdarəetmədə şəffaflığın və səmərəliliyin artırılmasının mühüm vasitəsi kimi, elektron hökumətin genişləndirilməsi siyasətinə əsasən, ölkəmizdə Avropa təcrübəsinə uyğun “İnteqrasiya olunmuş nəzarət sistemi” (IACS) prinsiplərinə əsaslanan “Elektron kənd təsərrüfatı” sisteminin yaradılması istiqamətində qısa müddət ərzində genişmiqyaslı işlər görülüb. “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 aprel tarixli Fərmanına uyğun aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə üç il müddətində mərhələlərlə "Elektron kənd təsərrüfatı" informasiya sisteminin (EKTİS) yaradılması üzrə işlər yekunlaşmaq üzrədir.

Prezident İlham Əliyevin diqqəti, qayğısı və dövlətin həyata keçirdiyi ünvanlı, konkret hədəflərə yönələn stimullaşdırma tədbirləri sayəsində iri biznes qruplarının aqrar sahədəki fəaliyyətləri aktivləşməklə yanaşı, bu sahədə üstünlük təşkil edən kiçik və orta sahibkarların öz fəaliyyətlərini daha məhsuldar texnologiyalar tətbiq etməklə həyata keçirmələri üçün də yüksək səviyyədə şərait yaradılıb.

Kənd təsərrüfatı məhsulları ixracının artım dinamikası cari ildə davam edib

Bu ilin doqquz ayında kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 3 faiz, bitkiçilik məhsullarının istehsalı isə 2,6 faiz artıb. Yüksək əlavə dəyərin yaradıldığı sənaye tələbatlı kənd təsərrüfatı məhsulları istehsalı sahələrinin inkişaf etdirilməsi istiqamətində görülən geniş əhatəli tədbirlərin müsbət nəticələri artıq öz bəhrəsini verir. Belə ki, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ət (diri çəkidə) istehsalı 3,4 faiz, süd istehsalı 1,2 faiz, yumurta istehsalı 7,3 faiz, tərəvəz istehsalı 6,1 faiz, meyvə və giləmeyvə istehsalı 2,7 faiz, üzüm istehsalı 11,0 faiz, şəkər çuğunduru istehsalı 2,9 dəfə, günəbaxan istehsalı 1,7 dəfə, tütün istehsalı 19,3 faiz, pambıq istehsalı 4,5 dəfə, barama istehsalı isə 3,5 dəfə artıb.

Kənd təsərrüfatı məhsulları ixracının son bir neçə ildən etibarən başlayan yüksək artım dinamikası cari ildə daha böyük templə davam edib. Belə ki, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ixrac 374,8 milyon ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 47,4 faiz çoxdur. O cümlədən bu sahə üzrə ixracın əsas hissəsini təşkil edən meyvə-tərəvəz məhsullarının ixracı 41,5 faiz artaraq 306,5 milyon ABŞ dolları olub (69,7 faiz tərəvəz ixracında, 15,8 faiz isə meyvə ixracında artım). Ötən ildən etibarən kənd təsərrüfatının ənənəvi sahələri olan pambıqçılıq və tütünçülükdə əldə olunan ciddi dönüş bu məhsullar üzrə ixracda da özünü göstərib, 2017-ci ilin 9 ayında 25,2 min ton və ya ötən illə müqayisədə 2,3 dəfə çox həcmdə pambıq mahlıcı, həmçinin 2,9 min ton və ya ötən illə müqayisədə 1,8 dəfə çox tütün xammalı ixrac edilib.

Süni Mayalanma Mərkəzinin yaradılması dünyanın ən mütərəqqi təcrübəsindən faydalanmağa imkan verir

Respublikamızda heyvandarlığın inkişaf etdirilməsinin başlıca şərtlərindən biri yüksək genetik məhsuldarlıq potensialı olan heyvanların sayının artırılması yolu ilə heyvandarlıq təsərrüfatlarının cins heyvanlardan formalaşdırılması və intensiv texnologiyalar əsasında heyvandarlıq məhsullarının istehsalının təmin edilməsidir.

Dövlətimizin başçısının 2014-cü ildə imzaladığı Sərəncamla Göygöl rayonunda Süni Mayalanma Mərkəzinin yaradılması bu sahədə dünyanın ən mütərəqqi təcrübəsini Azərbaycana gətirməyi təmin edir. Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək baxımından bu mərkəzin müstəsna rolu var. Ötən dövrdə Respublika Süni Mayalanma Mərkəzi ilə paralel olaraq ölkədə 12 zona baytarlıq laboratoriyası da süni mayalama işlərinə cəlb edilib.

Respublikada qaramal cinslərinə tələbat nəzərə alınaraq, Avstriya və Almaniyadan 10 baş “Simmental”, 8 baş “Holştin-friz”, 5 baş “Şvis”, 3 baş “Şarole”, 2 baş “Aberdin-anqus” olmaqla, 28 baş törədici buğa, İrandan isə 2 baş cinsi yaxşılaşdırılmış “Mürrah” mənşəli törədici kəl Mərkəzdə istifadə olunmaq üçün gətirilib. Xüsusi hazırlanmış məlumat bazası vasitəsilə genetik materialın Mərkəzdən təsərrüfatlara qədər izlənməsi və fərdi uçotun aparılmasına başlanılıb.

Bu Mərkəzin hesabına mövcud naxırın cins tərkibinin məhsuldar cinslər əsasında yaxşılaşdırılması üçün damazlıq materialına olan tələbat ödəniləcək, həmçinin yerli heyvan cinslərindən istifadə olunmaqla yetişdirilmiş cinslərin də genetik imkanlarından faydalanmağa şərait yaranacaq. Ən əsası isə bu Mərkəzin fəaliyyəti hesabına kiçik və orta təsərrüfatlara məxsus qaramalın da cins tərkibinin yaxşılaşdırılması iqtisadi baxımdan əlverişli olacaq.

Bu ilin 9 ayında istehsalçıların müraciətləri əsasında “Aqrolizinq” ASC-nin xətti ilə 2407 baş iribuynuzlu damazlıq heyvanlar ölkəyə gətirilərək təsərrüfatlara lizinq yolu ilə satılıb. “Süni mayalanma yolu ilə alınmış hər buzova görə subsidiyanın verilməsi Qaydası”na uyğun olaraq, 2017-ci ilin yanvar-avqust ayları ərzində süni mayalanma yolu ilə alınmış 28298 baş buzova görə 24050 heyvan sahibinə 2829,8 min manat həcmində subsidiya ödənilib.

Texnika ilə təminat aqrar sahənin inkişafında müstəsna rol oynayır

Texnika ilə təminat aqrar sahənin inkişafında müstəsna əhəmiyyət kəsb edir. Birbaşa dövlətin qayğısı və dəstəyi hesabına kənd təsərrüfatı sahəsində texnika parkının yenilənməsi üzrə həyata keçirilən tədbirlər davam etdirilib. Bu məqsədlə “Aqrolizinq” ASC tərəfindən 8180 ədəd, o cümlədən 140 ədəd pambıqyığan kombayn, 2 ədəd taxılyığan kombayn, 5 ədəd çuğunduryığan kombayn, 1 ədəd noxudyığan kombayn, 3 ədəd çəltikyığan kombayn, 1 ədəd kartofyığan kombayn, 1418 ədəd traktor və 6610 ədəd traktora qoşulan digər kənd təsərrüfatı texnikalarının respublikaya gətirilməsi təmin edilərək, böyük əksəriyyəti kənd təsərrüfatı məhsulları istehsalçılarının istifadəsinə verilib.

Cari il 174,56 milyon manat dəyərində 5361 ədəd kənd təsərrüfatı texnikaları, o cümlədən 7 ədəd taxılyığan kombayn, 123 ədəd pambıqyığan kombayn, 1003 ədəd traktor və 4228 ədəd digər kənd təsərrüfatı texnikaları 934 nəfər hüquqi və fiziki şəxslərə lizinqə verilib və ya lizinq yolu ilə satılıb.

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən yeni alınan, lizinqə verilən və lizinq yolu ilə satılan texnikaya güzəştlərin tətbiq edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 13 avqust tarixli qərarına uyğun olaraq, indiyədək 7980 elektron müraciət üzrə “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş 19976 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 162 milyon 176 min 59,42 manat məbləğində güzəşt tətbiq olunub.

Beynəlxalq təcrübədən istifadə olunmaqla Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin fəaliyyəti yenidən təşkil edilib. Vətəndaşlara göstərilən xidmətlərin daha asan və şəffaf həyata keçirilməsi məqsədilə Dövlət Müfəttişliyinin “Səyyar Xidmət” Qrupu da yaradılıb. Bu ilin 9 ayı ərzində respublika üzrə mexanizatorlara 4189 ədəd sürücülük vəsiqəsi verilib və ya dəyişdirilib, 4609 ədəd nəqliyyat vasitəsi qeydiyyata alınıb və 25158 ədəd nəqliyyat vasitəsinə texniki baxış keçirilib.

Dövlət kəndlinin yanındadır: subsidiya, güzəştli kredit, yardım...

Kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində yardım verilir. 2017-ci ildə ölkədə 1341 kənd ərazi komissiyası üzrə 372,0 min istehsalçıya 1025,9 min hektar əkin sahəsi və çoxillik əkmələrin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə cəmi 68421,9 min manat məbləğində yardım olunub.

Kənd təsərrüfatı istehsalçılarına mineral gübrələrin və pestisidlərin satışına dövlət büdcəsi vəsaiti hesabına tətbiq edilən güzəşt həcminin artırılmasının nəticəsi olaraq, bu vasitələrdən istifadə səviyyəsinin əsaslı şəkildə yüksəlməsi davamlı xarakter alıb. Belə ki, cari ilin 9 ayında ölkəyə idxal olunan mineral gübrələrin həcmi əvvəlki ilə nəzərən 35,4 faiz, pestisidlərin həcmi isə 77,4 faiz artıb.

Aqrokimya laboratoriyalarının fəaliyyətinin yenidən təşkilinə də ciddi fikir verilir. Ölkədə torpağın, suyun və gübrənin analizlərinin həyata keçirilməsi, habelə ağır metallarla çirklənmə səviyyəsinin müəyyən edilməsi məqsədilə 11 regional aqrokimya laboratoriyası müasir standartlar əsasında yenidən qurulub və müasir avadanlıqlarla təmin olunub. Bu laboratoriyaların müvafiq tələblərə uyğun bilik və bacarıqlara malik işçilərlə komplektləşdirilməsi başa çatdırılıb, xarici ekspertlər cəlb olunmaqla yerlərdə təlimlərin keçirilməsi, eləcə də işçilərin xaricdə kurs keçmələri istiqamətində tədbirlər reallaşdırılıb. Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən regional aqrokimya laboratoriyalarına şəffaf qaydada, müsabiqə yolu ilə kadrların seçilməsi işləri aparılır.

Son illər Dövlət Baytarlıq Nəzarəti Xidmətinin maddi-texniki bazasının gücləndirilməsinə qayğı artıb. Bunun da nəticəsində 2017-ci ilin 9 ayı ərzində kənd təsərrüfatı heyvanları arasında epizootik plan əsasında həyata keçirilən profilaktik peyvəndləmə, diaqnostik müayinə və digər baytarlıq tədbirləri nəticəsində heyvanların sağlamlığı və ölkə ərazisinin epizootik sabitliyi qorunub saxlanıb. Əhalinin təhlükəsiz və sağlam heyvandarlıq məhsullarından istifadəsi üçün Respublika Baytarlıq Laboratoriyasında xəstəliklərin müayinəsi ilə yanaşı, heyvandarlıq məhsullarının təhlükəsizliyinin müayinəsi üçün yeni laboratoriya şöbələri yaradılıb, müasir avadanlıqlar alınaraq istifadəyə verilib.

Kənd təsərrüfatının müasir inkişaf mərhələsini maliyyə vəsaitləri ilə təminat olmadan təsəvvür etmək olmaz. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin vəsaiti hesabına müvəkkil kredit təşkilatları vasitəsilə 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ölkənin 30 rayonunda fəaliyyət göstərən 54 kənd təsərrüfatı məhsulları istehsalçısına 8530,7 min manat həcmində güzəştli kredit ayrılıb.

Azərbaycanın 56 rayonunda 1999 sub-layihəni əhatə edən sistem hazırlanıb

Azərbaycan Kənd İnvestisiya Layihəsi üçün hazırlanmış Coğrafi İnformasiya Sistemi çərçivəsində işlərə 2005-ci ildən başlanılıb və ikinci mərhələsi tamamlanmaqda olan Kənd İnvestisiya Layihəsi çərçivəsində icra olunmuş bütün sub-layihələri əks etdirir. Azərbaycanın 56 rayonunda 1999 sub-layihəni əhatə edən sistem tətbiq şəklində hazırlanıb və mütəmadi olaraq yenilənəcək. Xəritədə hər bir kənddə icra olunmuş sub-layihə barədə məlumatla yanaşı, onun dayanıqlılığı, sub-layihənin həyata keçirilməsinə sərf edilən bütün vəsaitlər öz əksini tapıb. Sistemin ən böyük üstünlüyü onun şəffaflığıdır. Sistem həm dövlət, icma və xeyriyyə gəlirlərinə nəzarət etmək imkanı yaradacaq, həm də bir-birinin fəaliyyətini izləməklə, icmalar arasında rəqabət imkanını gücləndirəcək, onları faydalı və dayanıqlı layihələrin hazırlanması və həyata keçirilməsinə sövq edəcək. Oktyabrın 13-15-də Vaşinqtonda keçirilən Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun 17-ci illik toplantısında Kənd İnvestisiya Layihəsinin nəticələri yüksək qiymətləndirilib, digər ölkələrdə də Azərbaycanda yaradılmış bu sistemin tətbiq olunması nümunə kimi göstərilib.

Yüksək məhsuldarlıq, əlbəttə ki, elit toxumçuluğun inkişafı ilə bağlıdır. Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin tabeliyində 12 Regional Toxum Sertifikatlaşdırma Laboratoriyası və Mərkəzi Toxum Sertifikatlaşdırma Laboratoriyasının yaradılması tədbirləri davam etdirilir. Artıq 9 Regional Toxum Sertifikatlaşdırma Laboratoriyasının tikintisi və maddi-texniki bazasının təminatı başa çatıb. Digər 3 Regional Toxum Sertifikatlaşdırma Laboratoriyasının maddi-texniki bazasının isə ilin sonunadək yaxşılaşdırılması nəzərdə tutulub.

Ənənəvi və ixracyönümlü sahələrə diqqət artırılır

Aqrar sahənin strateji və ölkəyə valyuta gətirən sahələrindən biri kimi pambıqçılıq yeni yaradılan iş yerlərinin sayına və ümumi məhsul buraxılışının həcminin artırılmasına görə yüksək göstəriciyə malik sahələrdən biridir. Son illər dövlət başçısı İlham Əliyevin ardıcıl dəstəyi sayəsində ölkədə pambıqçılıq öz keçmiş şöhrətini bərpa edə bilib. 2016-cı ildən etibarən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlər həyata keçirilib. Dövlət başçısı ölkənin pambıqçılıq sahəsində potensialından maksimum şəkildə səmərəli istifadə olunması hesabına, bir tərəfdən kənd yerlərində əhalinin məşğulluğunun və gəlir əldə etmək imkanlarının təmin olunmasını, digər tərəfdən isə ölkənin ixrac potensialının gücləndirilməsini başlıca vəzifə kimi müəyyən edib. Eyni zamanda, bu vəzifənin reallaşdırılması üçün konkret dövlət dəstəyi tədbirlərinin görülməsinə başlanılıb.

Dövlət dəstəyinin gücləndirilməsi məqsədilə qəbul edilmiş “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” ölkədə pambıqçılığın potensial imkanlarından səmərəli istifadə edilməsinə, istehsala marağın artırılmasına və əhalinin sosial rifahının daha da yaxşılaşdırılmasına güclü təkan verib. Ölkədə ilk dəfə məhz pambıqçılıq sahəsinə istehsal olunmuş məhsula görə subsidiya siyasəti tətbiq olundu ki, bu da həmin sahəyə olan birbaşa dövlət yardımının həcminin orta hesabla 4-5 dəfə artmasına gətirib çıxardı. 2017-ci ildə ölkə üzrə 456 kənd ərazi komissiyası üzrə 4229 pambıq istehsalçısına 2016-cı ildə istehsal etdiyi 88719,6 ton pambığa görə dövlət büdcəsinin vəsaiti hesabına 8872,0 min manat məbləğində subsidiya verilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2017-ci ildə respublika üzrə 136,7 min hektar və ya 2013-cü illə müqayisədə 5,8 dəfə çox pambıq əkilib. Oktyabrın 31-nə olan məluma görə, bu il 150 min 948 ton pambıq tədarük olunub və yığım davam edir. Qeyd edək ki, ötən il bu rəqəm, ümumilikdə 88 min ton olub.

İxracyönümlü bitkiçilik məhsullarından biri də tütünçülükdür. On beş rayonda tütün əkinləri üçün meliorativ cəhətdən əlverişli olan torpaq sahələri müəyyənləşdirilib, həmin rayonlar üzrə 2 mindən artıq torpaq mülkiyyətçisi tərəfindən 3.26 min hektarda tütün əkinləri aparılıb. Əsasən “Zaqatala-67”, “Virciniya” və “Berley” tütün sortlarının toxumları tədarük edilib və səpinlərdə onlardan istifadə olunub. Oktyabrın 1-nə olan məlumata əsasən 3,7 min ton tütün istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 19,3 faiz çoxdur.

“Pambıq və tütün istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına subsidiyanın verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, istehsalçılara tədarükçülərə təhvil verdikləri quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə 0,05 manat məbləğində subsidiya verilir. 2017-ci ildə ölkə üzrə 66 kənd ərazi komissiyası üzrə 195 tütün istehsalçısına 2016-cı ildə istehsal etdiyi 912,8 ton quru və 9980,6 ton yaş tütünə görə dövlət büdcəsinin vəsaiti hesabına 95,5 min manat məbləğində subsidiya ödənilib.

Ölkədə fındıqçılıq sahəsinin sürətli inkişafı ilə bağlı tapşırıqlara uyğun olaraq Zaqatala, Qax, Qəbələ, Balakən, Xaçmaz, Qusar, Oğuz, Şəki, Şabran, Quba, İsmayıllı və Yevlax rayonlarında yeni salınacaq fındıq bağları üçün müvafiq ərazilər müəyyən edilib, ting tədarükünə, əkin işlərinin təşkilinə köməklik göstərilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumlara müvafiq göstərişlər verilib. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkə üzrə ötən il 18,2 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb, fındıq bağlarının ümumi sahəsi 55,1 min hektara çatdırılıb, bağların salınması üçün hazırlıq işləri davam etdirilir.

Baramaçılığa dəstək aqrar sahənin inkişafında prioritet təşkil edir. 2017-ci ildə ölkədə yaş barama istehsalını təmin etmək üçün kümçülərin yüksək keyfiyyətli tut tingləri ilə təchiz edilməsi məqsədilə Çin Xalq Respublikasından 1,5 milyon ədəd məhsuldar, calaq üsulu ilə yetişdirilmiş tut tingləri alınaraq ölkəyə gətirilib, 37 rayonda 150 hektara yaxın ərazidə yeni intensiv tipli tut (çəkil) bağları salınıb. Eyni zamanda, hibrid tut ipəkqurdunun əldə edilməsi üçün tender yolu ilə Çin Xalq Respublikasından barama toxumları alınıb və Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiyaya qoyularaq, kümçülərə əvəzsiz paylanılıb. 2017-ci il üçün nəzərdə tutulmuş həcmdə barama istehsalını təmin etmək üçün ümumilikdə 31 rayonunun 739 kəndini əhatə edən 3013 kümçü ailəsi keyfiyyətli barama qurdları ilə təmin edilib, “Şəki İpək” ASC ilə kümçülər arasında yaş barama məhsulunun tədarükü barədə müvafiq müqavilələr bağlanılıb. Beləliklə, 2017-ci ildə “Şəki-İpək” ASC-yə təhvil verilən yaş barama ötən illə müqayisədə təxminən 3,5 dəfə artaraq, 244 tona çatıb.

Cari ildə 31 rayonun 587 kənd ərazi komissiyası üzrə 2421 barama istehsalçısına istehsal etdiyi 239,8 ton yaş baramaya görə dövlət büdcəsinin vəsaiti hesabına 1199,0 min manat məbləğində subsidiya ödənilib.

Bu il sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Dövlətimizin başçısı qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafının prioritet olmasını bir daha vurğulayaraq, kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə ixracyönümlü sahələrin, o cümlədən çayçılığın, sitrus bitkilərinin və çəltikçiliyin inkişafı ilə əlaqədar zəruri tədbirlərin həyata keçirilməsi barədə aidiyyəti dövlət qurumlarına müvafiq tapşırıqlar verib.

Dövlətimizin başçısı, həmçinin ölkədə sitrus meyvələri, çay və çəltik istehsalının inkişafının sürətləndirilməsi, bu sahənin potensial imkanlarından daha səmərəli istifadə edilməsi və məhsul istehsalına əhalinin marağının artırılması məqsədi ilə 2017-ci il sentyabrın 12-də “Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncam da imzalayıb. Beləliklə də qeyd olunan sahələrdə gələcək uğurların təməli qoyulub.

Aqrar sektorda keyfiyyətcə yeni mərhələyə keçid başlanıb

Göründüyü kimi, ölkəmizdə aqrar sektorun dinamik inkişafı üçün münbit zəmin var. Bu sahədə köklü dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb. Normativ hüquqi baza getdikcə təkmilləşdirilir. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Aqrar sektora dövlət dəstəyinin gücləndirilməsi, müvafiq institusional dəyişikliklər, yeni çağırışlara uyğun strateji hədəflərin müəyyən edilməsi sayəsində keyfiyyətcə yeni mərhələyə keçid başlanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb