AQTA dünyadakı epizootik vəziyyətə dair videoməlumat hazırlayıb
Bakı, 2 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) həm ölkə daxilində, həm də dünyada epizootik vəziyyəti daim diqqət mərkəzində saxlayır.
Bu barədə AZƏRTAC-a AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, sahibkarlıq subyektlərinin məlumatlılıq səviyyəsini artırmaq məqsədilə AQTA-nın şöbə müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatları əsasında epizootik vəziyyətlə bağlı son məlumatları təqdim edib. Ötən həftə ərzində dünya üzrə blutanq, nodulyar dermatit, xırdabuynuzlu heyvanların çiçək xəstəliyi ilə bağlı yoluxma halları qeydə alınıb. Eyni zamanda, bir sıra ölkələrdə müxtəlif xəstəliklər üzrə epizootiya halı başa çatıb. Yüksək patogen quş qripi xəstəliyinə görə Bolqarıstanın 5 vilayətinə, iribuynuzlu heyvanların infeksion rinotraxeit xəstəliyinə görə Avstriyaya qoyulan məhdudiyyət aradan qaldırılıb.
Videoməlumatla linkdən tanış olmaq mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [22:05]
“Xarıbülbül” “Route du Vin” marafonunda
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 29.09.2026 [19:34]
Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib
- 29.09.2026 [18:43]