AQTA: Epizootik vəziyyət nəzarətdə saxlanılır
Bakı, 20 oktyabr, AZƏRTAC
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatlarına əsasən, Rumıniyanın Timiș, Macarıstanın Vaş və Xorvatiyanın Sisaçko-Moslavinska kantonlarında, Mərakeşin Şərq regionunda blutanq, Fransanın Burqundiya–Franş-Konte regionunda nodulyar dermatit, həmçinin bu ölkənin O-de-Frans, Pei de la Luar regionlarında, İraqın Neynəvə əyalətində, Litvanın Klayped bölgəsində, Almaniyanın Brandenburq vilayətində isə yüksək patogen quş qripi xəstəlikləri qeydə alınıb.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, respublika ərazisinin bu yoluxucu xəstəliklərdən qorunması məqsədilə qeyd olunan ərazilərdən zonalaşma prinsipi nəzərə alınmaqla, müvafiq malların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq agentlik tərəfindən müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [17:42]
Bu il övladlığa verilən uşaqların sayı açıqlanıb
- 08.06.2026 [17:15]
“Heydər Əliyev məktəbi” layihəsi başa çatıb
- 08.06.2026 [17:13]
Assosiasiya sədri: Gələcəyin peşələri sürətlə dəyişir
- 08.06.2026 [16:54]
DİN: Novxanıda gizli narkobunker aşkarlanıb VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [16:37]