AQTA: Heyvan bazarlarında tələblərə əməl olunmalıdır
Bakı, 21 oktyabr, AZƏRTAC
Mövsümi xəstəliklərin yayılma riski artdıqca heyvan bazarlarında gigiyena və baytarlıq tələblərinə əməl olunması xüsusi əhəmiyyət daşıyır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumatda bildirilib.
Qeyd edilib ki, bazarlarda müxtəlif mənşəli heyvanların bir yerdə saxlanması və qaydalara riayət edilməməsi infeksiyaların yayılmasına səbəb ola bilər.
“Aparılan monitorinqlər göstərir ki, bəzi bölgələrdə bu qaydalar pozulur. Bu isə həm heyvanlar, həm də insanlar üçün təhlükə yaradır. Epizootoloji stabilliyin qorunması üçün bazar sahibləri və satıcılar tələblərə əməl etməlidirlər. Unutmayaq ki, sağlam heyvan, sağlam qida sağlam insan deməkdir”,- deyə məlumatda diqqətə çatdırılıb.