AQTİ mütəxəssisləri beynəlxalq təlimə cəlb ediliblər
Bakı, 1 aprel, AZƏRTAC
Qida təhlükəsizliyi sahəsində kadr potensialının gücləndirilməsi, laboratoriya əməkdaşlarının peşəkarlıqlarının artırılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri mütəmadi olaraq yerli və beynəlxalq təlimlərdə iştirak edirlər.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, AQTİ-nin laboratoriya mütəxəssisləri Amerika Birləşmiş Ştatları Müdafiə Departamentinin Bioloji Təhlükənin Azaldılması Proqramı çərçivəsində beynəlxalq təlimçilərin apardığı “Biotəhlükəsizlik və biomühafizə qaydaları” mövzusunda təlimdə iştirak ediblər.
Təlimdə heyvan sağlamlığı laboratoriyalarında bioriskin idarə edilməsi və strategiyası, bioetika, problemli ikili istifadə tədqiqatları haqqında mütəxəssislərə geniş məlumat verilib.
Təlim çərçivəsində virusoloji, bakterioloji, seroloji, molekulyar bioloji müayinələr zamanı biotəhlükəsizlik və biomühafizə risklərinin səciyyələndirilməsi və təhlili ilə əlaqədar fikir mübadiləsi, mövzu ilə bağlı müzakirələr aparılıb, mütəxəssislərin sualları cavablandırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]