Azərbaycan Dövlət İnformasiya Agentliyi

ARAM SARKİSYAN NƏ BARƏDƏ SUSDU?

Budapeşt, 7 noyabr (AZƏRTAC). Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan bu günlərdə demişdir: “Bu gün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlarda yalnız status məsələsi müzakirə edilir”. Onun sözlərinə görə, erməni tərəfi üçün prioritet məsələ Dağlıq Qarabağın statusu və təhlükəsizliyidir. Nazir demişdir: “Mən “təhlükəsizlik” sözünü ən geniş mənada işlədirəm, bu isə həm Ermənistanla quru əlaqəsi olması, həm də bir sıra başqa komponentlər deməkdir”.

Erməni nazirin bu bəyanatı ilə əlaqədar ona xatırlatmalıyıq ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ilə Ermənistanın bugünkü ərazisi arasında quru əlaqəsi həmişə, ən azı son bir neçə milyon il ərzində mövcud olmuşdur. Bu iki ərazi arasında heç vaxt heç bir boğaz və ya dərin uçurum olmamışdır, Laçın rayonu da həmişə quru ərazi olmuşdur.

Dövlət sərhədlərinə gəldikdə isə, bu, başqa məsələdir: onlar toxunulmazdır və güclə, hər iki dövlətin razılığı olmadan dəyişdirilə bilməz. Əgər Ermənistan suveren Azərbaycanın ərazisinin bir hissəsinin (indiki halda Laçının) onun nəzarətinə verilməsi niyyətindədirsə, onda o, qarşılıqlılıq prinsipinə əsasən, bunun müqabilində öz ərazisinin bir hissəsini (məsələn, mahiyyətcə analoji olan Mehri rayonunu) güzəşt etməyə hazır olduğu barədə təkliflə diplomatik kanallara müraciət etməlidir. İqtisadi uçuruma yuvarlanan, dilənçi vəziyyətinə düşmüş və özü-özünü təcrid etmiş ölkə getdikcə güclənən və geosiyasi əhəmiyyətinə görə ondan müqayisəyəgəlməz dərəcədə üstün olan qonşusunun ona birtərəfli qaydada ərazi hədiyyə edəcəyinə ümid bəsləməməlidir. Azərbaycan ərazisinin bir hissəsinin qanunsuz olaraq və dünya birliyi tərəfindən pislənilən işğalı faktı işğalçı ölkənin şıltaqlıq edərək özgənin torpaqları üzərində nəzarəti həmişəlik təsbit etmək niyyətinə haqq qazandıra bilməz. Ümumiyyətlə desək, Azərbaycan Ermənistanın öz arqumentlərinin cəfəngiyyat olmasını nə vaxt başa düşəcəyini gözləmədən, işğal olunmuş ərazilərini müstəqil şəkildə də azad etməyə qabildir.

Buna görə də əsla təəccüblü deyil ki, Ermənistan Demokratik Partiyasının sədri Aram Sarkisyan Azərbaycanın öz silahlı qüvvələrini möhkəmlətmək sahəsində böyük iş aparmasını hiss etmişdir. Sarkisyan demişdir: “Heç kəs üçün sirr deyil ki, Azərbaycan müharibəyə hazırlaşır. Əgər Qarabağda müharibə başlasa, bu, birinci dəfə olduğu kimi sadəcə lokal müharibə olmayacaqdır. Bu dəfə müharibənin nəticələri çox ağır olacaqdır”. Hərçənd, Sarkisyan bu nəticələrin kimin üçün ağır olacağını dəqiqləşdirməmişdir - lap “Stanok” qəzetinin elanındakı kimi: axı orada da “azacıq qorxmaqla canını qurtarmış zərərçəkmiş” sözlərinin məhz kimə -Ostap Benderə, yoxsa 8974 nömrəli faytonçuya aid olması dəqiqləşdirilməmişdi …

Elə buna görə də son vaxtlar Ermənistan KİV-lərində əsəbilik müşahidə olunur. Onlar hətta açıq-aşkar şübhəli mənbələrin yaydığı saxta informasiya toruna da düşürlər. Məsələn, Panarmenian agentliyi öz erməni cəmiyyətini sakitləşdirmək qərarına gələrək, işğal edilmiş ərazilərdən olan bir yaramazın dili ilə elan etmişdir ki, əgər döyüş əməliyyatları yenidən başlansa, ABŞ Dağlıq Qarabağdakı separatçı rejimi tanıya bilər. Separatçının xam xəyallarına fikir verin: “ABŞ-ın Bakıdakı səfirliyi bu bəyanatı təkzib etmişdir və Vaşinqton tərəfindən belə bir fikrin həqiqətən söylənilib-söylənilmədiyini bildirmək çətindir. Lakin bir fakt məlumdur ki, hətta real səslənmiş bəyanatlar da təkzib edilir. Hər halda, bu bəyanat Bakı üçün yəqin ki, “sakitləşdirici vasitə” rolu oynamayacaqdır. Bununla belə, biz istəməzdik ki, Dağlıq Qarabağın müstəqilliyinin tanınması müharibənin yenidən başlanmasının mümkünlüyü ilə əlaqələndirilsin. Əgər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun həmsədri olan ABŞ Qarabağın müstəqilliyini tanımağı zəruri hesab edərsə, o, müharibənin yenidən başlanması amilini nəzərə almadan bu addımı ata bilər”. Sonra həmin separatçı Azərbaycanın Əsas Qanununu təhlil etməyə başlayır: “Azərbaycan Konstitusiyasında təsbit edilmiş müddəaya görə, Bakı ölkələr arasındakı fikir ayrılıqlarının tənzimlənməsi üçün bir vasitə kimi müharibəni rədd edir. Odur ki, Bakı yenidən müharibəyə başlamaq qərarına gələrsə, o, öz Konstitusiyasını pozmuş olacaqdır”.

Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış bir hissəsini ayrıca bir ölkə kimi görmək və Azərbaycan Konstitusiyasının müvafiq maddəsini ona uyğunlaşdırmaq arzusunda olan yolunu azmış Azərbaycan vətəndaşının iştahasını başa düşürük. Lakin onun bu arzuları heç vaxt çin olmayacaqdır. Qarabağ ölkə deyil, o, Azərbaycanın tərkib hissəsidir. Bir də, ümumiyyətlə, bu, ekstravaqant fikir Sarkisyana yox, erməni separatçılarının məşhur “sözçü”sü, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Vladimir Kazimirova məxsusdur. Bir neçə il bundan əvvəl həmin fikri söyləmiş Kazimirova o vaxt bu sətirlərin müəllifi cavab vermişdi:

http://vuqar-seidov.blogspot.com/2007/11/22.html

İşğal edilmiş Dağlıq Qarabağdan olan bir xəyalpərəst xanım da bu günlərdə “Azərbaycan-Qarabağ münaqişəsi” adlandırdığı Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları barədə öz fikrini söyləmişdir. Onun fikrincə, Rusiya həmsədr ölkə və Azərbaycanla qonşu dövlət olmaqla, Azərbaycana təsir göstərmək və onun demokratikləşməsinə şərait yaratmaq imkanına malikdir. Bu, regionda sülhün bərqərar olması yolunda yeganə maneəni aradan qaldırmış olardı: “Bu, “Azərbaycan-Qarabağ” münaqişəsinin də tənzimlənməsinə kömək edərdi, axı demokratik ölkədə müharibənin təbliğ edilməsi qadağandır, bütün səviyyələrdə müharibənin təbliğ edildiyi qeyri-demokratik Azərbaycan isə təkcə Dağlıq Qarabağ üçün deyil, bütövlükdə region üçün təhlükədir”.

Belə çıxır ki, bu gün Ermənistan özü “demokratiya nümunəsi”, onun başqa dövlətin ərazisini işğal etməsi və etnik təmizləmələr isə həmin demokratiyanın etalonudur!

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ-nin İran neftinə ehtiyacı yoxdur

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

Tramp tezliklə Putinlə danışmağı planlaşdırdığını bildirib

ABŞ Rusiyada pnevmonik taun şübhəsi ilə bağlı xəbərdarlıq yayıb

Ronaldo Portuqaliya millisindən ayrılmaq niyyətində deyil

İsrail Qəzzada hərbi əməliyyatları bərpa edə bilər

Tramp: Hörmüz boğazından müharibədən əvvəlkindən daha çox neft daşınır

İspaniya millisi məğlubiyyətsiz oyunlar seriyasını 42-yə çatdırıb

Pentaqon Ukrayna üçün “Patriot” sistemlərinə texniki xidmət avadanlığı alacaq

Tramp: Hörmüz boğazı ABŞ-yə məxsusdur

XİN: Suriyadan 13 Azərbaycan vətəndaşı repatriasiya edilib

Yəmən hökuməti əhalini husilərin sıralarına qoşulmamağa çağırıb

ABŞ İslandiya ilə əməkdaşlıq çərçivəsində Arktikada hərbi mövcudluğunu artırmaq istəyir

Moskvada “3+3” formatında enerji əməkdaşlığı üzrə ilk görüşün keçirilməsi planlaşdırılır

“Sabah” basketbol klubu Çempionlar Liqasında ilk oyununu keçirib

Avropa Kuboku: “Neftçi” basketbol klubu müntəzəm mövsümə məğlubiyyətlə başlayıb

Kamran Qasımov: “Yaradıcı Filmaton” kimi layihələr gənclərin gələcək kino fəaliyyəti üçün mühüm başlanğıcdır

Türkiyədə qanunsuz miqrantlar saxlanılıblar

“Təlimatçı hazırlıq kursu”nu başa vuran hərbçilərə sertifikatlar təqdim edilib

Ədəbiyyat üzrə Nobel mükafatı: Favoritlər və ekspert rəyi

Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

QMİ-nin sədri Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

Rusiya XİN: Rusiya-Azərbaycan münasibətləri mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Güc cəhətdən heç kimdən geridə qalmıram VİDEO

Dövlət maliyyəsinin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən islahatlar müzakirə olunub

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

"PeşəCar" layihəsi çərçivəsində növbəti klaster müəssisə istifadəyə verilib VİDEO

“Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan ilə Birləşmiş Krallıq arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib

Çexiya gələn il “Avroviziya”da iştirak etməyəcək

Telefonu uşağın əlindən almaq kifayət deyil: göz sağlamlığı üçün nə etməli?

Ursula Fon der Lyayen: Avropanı xarici enerji böhranlarına qarşı həssas edən struktur problemləri həll edilməlidir

“Vitol Group”un rəhbəri Avropada neft ehtiyatlarının tükənəcəyi barədə xəbərdarlıq edib

Deputat: Regionların sosial-iqtisadi inkişafı Prezident İlham Əliyevin siyasətinin mühüm tərkib hissəsidir

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO

Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Türkiyə nümayəndə heyəti DOST Agentliyində və DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində olub

Vətən müharibəsi şəhidi Müşfiq İbrahimovun ailəsi ziyarət edilib

Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək

Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək

Nazirlik: İcbari tibbi sığorta ilə uşaqların sağlamlığının qorunmasına yönələn xidmətlər göstərilir

Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələ müzakirəyə çıxarılıb

Korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi ilə bağlı qanun layihəsi plenar iclasa tövsiyə olunub

Britaniyalı dramaturq: Azərbaycan komandası ilə əməkdaşlıq çox maraqlı oldu

Plovdivdə Basqalın mədəni irs turizmi modeli təqdim edib

Rusiyanın neft və qaz gəlirləri azalıb

Səidə Xəlilova: Azərbaycan musiqisi Omanda səslənir

Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib

Səudiyyə Ərəbistanı “Petroline”nin ötürücülük gücünü 5,8 milyon barelə çatdırıb

Ağgöl Milli Parkına 7 baş ceyran buraxılıb

“Sea Breeze”də yeni texnologiyalarla təchiz olunmuş ilk kinoteatr açılacaq

IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə növbəti təlim proqramı təşkil olunub

ABŞ-nin ticarət kəsiri ötən ilin əvvəlindən bəri ən yüksək səviyyədədir

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO

Albaniya Elmlər Akademiyasında Qafqaz Albaniyasının tarixindən bəhs edən kitab təqdim olunub

Baş nazir Əli Əsədov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb

Macarıstanda büdcə kəsirinin artımı zəifləyib

Vətən müharibəsi Azərbaycanın regionda əsas güc mərkəzinə çevrilməsini şərtləndirdi ŞƏRH

Şərqşünas-alim regional konfransda Azərbaycanın birgəyaşayış mədəniyyətinin tarixi əsaslarından danışıb

Qazaxıstan 2028-ci ildə hava taksilərini istifadəyə verməyi planlaşdırır

İsrailin ölkəmizdəki səfirinə Azərbaycanda mövcud mina probleminin miqyası barədə məlumat verilib

BDU ilə Gürcüstanın Qafqaz Beynəlxalq Universiteti arasında anlaşma memorandumu imzalanıb

Polşa mülki müdafiə və əhalinin mühafizəsinə 26 milyard dollar ayıracaq

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Naxçıvan Beynəlxalq Hava Limanında fövqəladə hallara hazırlıq üzrə birgə məşq baş tutub VİDEO

Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL

Azərbaycanın xüsusi təyinatlıları Özbəkistanda keçirilən “Sonsuz qardaşlıq – V” təlimində iştirak ediblər

Şimali Koreya Cənubi Koreyaya qarşı daha sərt tədbirlər görəcəyi barədə xəbərdarlıq edib

Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

Naxçıvan şəhərinin bir sıra ərazilərinə elektrik enerjisinin verilişi dayandırılacaq

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib