Ararat Mirzoyan: Ermənistan yeni müttəfiqlər axtarır
Tbilisi, 24 yanvar, AZƏRTAC
Ermənistan 2020-ci ildəki müharibədə məğlubiyyətdən sonra yeni müttəfiqlər axtarır.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, hər bir rasional düşünən cəmiyyət daim yeni müttəfiqlər tapmaq üçün səy göstərməlidir. Ermənistan üçün bu, 2020-ci il müharibəsi və sonrakı hadisələr zamanı müttəfiqlərdən dəstək mexanizmlərinin fəaliyyətsizliyi səbəbindən daha aktual olub.
“Təbii ki, yeni müttəfiqlərin axtarışı, ilk növbədə, təhlükəsizlik sahəsindəki məsələləri həll etmək üçün lazımdır”, - deyə nazir vurğulayıb. Lakin o, təhlükəsizlik sistemləri ilə bağlı hər hansı sənədin imzalanması barədə yayılan məlumatları təkzib edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [14:01]
Ankara aeroportunda təyyarə salonunda yanğın baş verib
- 05.06.2026 [13:29]
Tokayev: Qazaxıstanda iyulun 1-də yeni Konstitusiya qüvvəyə minir
- 05.06.2026 [13:09]
Avropada və ABŞ-də təbii qaz qiymətləri artıb
- 05.06.2026 [12:42]
Kiyev vilayətində dron hücumu nəticəsində dörd nəfər həlak olub
- 05.06.2026 [11:53]