“Araz-Naxçıvan”ın futbolçusu Azərbaycan çempionatlarında yubiley matçını keçirib
Bakı, 16 sentyabr, AZƏRTAC
“Araz-Naxçıvan”ın futbolçusu Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.
AZƏRTAC Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının VI turuna təsadüf edib. Abbasov “Kəpəz”lə ev görüşündə (1:0) əvəzolunmadan meydanda olub.
O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb. Premyer Liqada 2011/2012-ci illər mövsümündə debüt edən müdafiəçi 3 klubun formasını geyinib. O, “Qəbələ”də 248, “Səbail”də 47, “Araz-Naxçıvan”da 5 dəfə şans qazanıb.
Qeyd edək ki, 300 matçda 7 qola imza atan Urfan Abbasov Qəbələ təmsilçisində 5, paytaxt klubunda 2 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]
UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər
- 06.10.2026 [13:00]
“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb
- 06.10.2026 [12:44]
“Barselona” braziliyalı hücumçu ilə müqavilənin müddətini uzadıb
- 06.10.2026 [11:38]
Azərbaycanın daha 5 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 06.10.2026 [11:09]