Arda Turan icarə əsasında “Başakşəhər” klubuna transfer edilib VİDEO
Bakı, 13 yanvar, AZƏRTAC
Türkiyə millisinin və İspaniyanın “Barselona” komandasının futbolçusu Arda Turan İstanbulun “Başakşəhər” klubuna transfer edilib.
AZƏRTAC hər iki klubun saytına istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi icarə əsasında 2,5 il ərzində “Başakşəhər” komandasının formasını geyəcək.
A.Turan 2015-ci ilin yayında 34 milyon avro müqabilində İspaniyanın “Atletiko” komandasından “Barselona”ya transfer olunub. “Barselona”da çıxış etdiyi müddətdə 55 oyunda 5 qol vurub. O, Kataloniya klubunun heyətində İspaniya La Liqasının, Kral Kubokunun (iki dəfə), İspaniya Super Kubokunun, klublararası dünya çempionatının və UEFA Super Kubokunun qalibi olub.
“Başakşəhər” komandası Türkiyə Super Liqasında 17 turdan sonra 36 xalla liderdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.05.2026 [12:27]
“Gəncə” voleybol klubu baş məşqçi ilə müqaviləni yeniləyib
- 18.05.2026 [10:13]
Azərbaycan cüdoçuları Rusiyadakı turnirdə 2 medal qazanıblar
- 18.05.2026 [06:36]
Azərbaycandan olan aykido ustaları Ankarada keçirilən idman festivalında
- 18.05.2026 [00:43]
Azərbaycan atıcısı Avropa çempionatında bürünc medal qazanıb
- 17.05.2026 [22:19]
Avropa Kuboku: Azərbaycan cüdo millisi komanda hesabında birinci olub
- 17.05.2026 [19:59]