ARDNŞ Gül bayramında orijinal kompozisiya ilə iştirak edəcəkdir
Bakı, 6 may (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 10-da Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək Gül bayramında şirkət “Qız qalası” kompozisiyası ilə iştirak edəcəkdir.
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təbii qərənfil və qızılgüllərdən hazırlanmış maket yüksək səviyyəli tərtibatı və orijinallığı ilə seçilir.
Xatırladaq ki, mayın 2-də ARDNŞ və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sahil” bağında keçirilmiş Gül bayramında şirkətə məxsus mədəniyyət sarayları və uşaq bağçalarında hazırlanmış gül kompozisiyaları tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.09.2026 [18:44]
Hacı İsmayılov: Şarovskinin özünəməxsus yeri var idi
- 09.09.2026 [18:29]
Loğman Kərimov: Aleksandr Şarovski bütün varlığı ilə teatra bağlı idi
- 09.09.2026 [18:00]
Bakıda Mərakeş İrsi Günləri keçiriləcək
- 09.09.2026 [17:29]
Elmira Axundova: Aleksandr Şarovski bütöv bir epoxa idi
- 09.09.2026 [16:05]
Xalq artisti Aleksandr Şarovski son mənzilə yola salınıb YENİLƏNİB
- 09.09.2026 [15:33]
Xurşidbanu Natəvan – qəlbinin səsini şeirə köçürən söz ustası
- 09.09.2026 [15:13]
Qırğız ədəbiyyatının dünyaşöhrətli siması - Çingiz Aytmatov
- 09.09.2026 [14:40]