Argentinalı azarkeşlər Braziliya yığmasının mundialla vidalaşmasını bayram ediblər
Bakı, 10 dekabr, AZƏRTAC
Argentina millisinin azarkeşləri Qətərdə keçirilən futbol üzrə dünya çempionatında Braziliya yığmasının mübarizəni dayandırmasını bayram ediblər.
AZƏRTAC xəbər verir ki, “Lusail” stadionunda keçirilən Xorvatiya - Braziliya oyununda penalti seriyasında Cənubi Amerika təmsilçisi rəqibinə 2:4 hesabı ilə məğlub olub. Argentinalı azarkeşlər isə bunu emosional şəkildə bunu qeyd ediblər.
Xorvatiya millisi yarımfinalda hazırda oynanılan Niderland-Argentina oyununun qalibi ilə qarşılaşacaq. Hazırda Argentina millisi 1:0 hesabı ilə öndədir. Matçda Nauel Molina fərqlənib.