Arif Rəhimov: Bu dəfə də Azərbaycan Qran-Prisində “Bakı sindromu” qırılmadı
Bakı, 12 iyun, AZƏRTAC
Formula 1 Azərbaycan Qran-Prisi çox uğurlu keçdi. Heç bir problemlə üzləşmədik. Altıncı Qran-Pridə "Red Bull Racing" komandasının pilotu Maks Ferstappen qalib oldu. Hər il müxtəlif qaliblər görürük. Bu dəfə də Azərbaycan Qran-Prisində “Bakı sindromu” qırılmadı".
AZƏRTAC xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Formula 1 Azərbaycan Qran-prisi ilə bağlı danışarkən deyib.
A.Rəhimov əvvəlcədən "Red Bull Racing" komandasını favorit saydığını söyləyib: "Mən fikirləşirdim ki, Maks Ferstappen, ya da onun komanda yoldaşı Serxio Peres qalib olacaq”.
Qeyd edək ki, Maks Ferstappen 2022-ci il Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.09.2026 [15:48]
Formula 1: Corc Rassell liderliyini qoruyur
- 24.09.2026 [17:21]
AAF Formula 1 zamanı klassik avtomobillərin sərgisini keçirir
- 21.09.2025 [20:46]
Bakıda Formula 1 həyəcanı – FOTOREPORTAJ
- 21.09.2025 [16:41]
Maks Ferstappen Formula 1 Azərbaycan Qran-Prisinin qalibi olub
- 21.09.2025 [08:00]