Arkadi Naydiç "GRENKE Chess Classic 2019"da üçüncü yeri tutub
Bakı, 29 aprel, AZƏRTAC
Almaniyada keçirilən "GRENKE Chess Classic 2019" superturniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Arkadi Naydiç doqquzuncu turda almaniyalı Qeorq Mayerə qalib gəlib və 5 xalla turnirdə üçüncü yeri tutub.
Norveçli dünya çempionu Maqnus Karlsen 7,5 xalla "GRENKE Chess Classic 2019"un qalibi olub. İkinci yeri 6 xalla amerikalı Fabiano Karuana tutub. Digər şahmatçılar - fransalı Maksim Vaşe-Laqrav 5, hindistanlı keçmiş dünya çempionu Vişvanatan Anand, rusiyalı Pyotr Svidler, ermənistanlı Levon Aronyan 4,5, ispaniyalı Fransisko Valexo 4, almaniyalı təmsilçilər Qeorq Mayer və Vinsent Keymer 2 xalla turniri başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [17:29]
Asim Xudiyev UEFA-dan təyinat alıb
- 13.10.2026 [17:06]
UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub
- 13.10.2026 [16:42]
Azərbaycan atleti 2 il müddətinə diskvalifikasiya olunub
- 13.10.2026 [15:34]