“Armeniareport”: Ermənistan hökumətinin sosial-iqtisadi problemlərin həlli ilə bağlı verdiyi vəd yalandır
Bakı, 27 mart, AZƏRTAC
Ermənistan hökuməti vətəndaşları sosial-iqtisadi problemlərin həll olunacağına inandırmağa çalışır. Ancaq verilən vədlər yalandır.
AZƏRTAC xəbər verir ki, bu fikir Ermənistanın “Armeniareport” saytında yayılmış məqalədə yer alıb.
Yazıda qeyd olunur ki, sosial-iqtisadi problemlərin yaxın gələcəkdə aradan qaldırılması ümidverici deyil. Çünki ölkədə qanunlara uyğun tədbirlər görülmür. Problemlərin həlli yalnız ölkəni tərk etməkdir. Ermənistan iqtisadiyyatının yaxşılaşması reallaşmayan arzudur. Hökumətin maaşların və pensiyaların artırılması ilə bağlı verdiyi vəd yalandır. Ölkəni idarə edənlər əhalinin gəlirlərini artırmaq istəmirlər. Ermənistan hökuməti erməni xalqını səfalətə məhkum edir. Ölkədə iqtisadiyyatın inkişafı real deyil.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]
Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər
- 02.11.2026 [18:54]
Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
- 02.11.2026 [18:52]