“Asahi TV”: Azərbaycan Ermənistan ordusunun işğal altındakı torpaqlardan çıxarılmasını tələb edir
Tokio, 3 oktyabr, AZƏRTAC
Azərbaycan Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması ilə əlaqədar Yaponiya tərəfindən də ədalətli və qətiyyətli mövqe gözləyir.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Yaponiyanın “Asahi Tv” telekanalına müsahibəsində bildirib.
Telekanalın yaydığı videosüjetdə sentyabrın 27-dən başlayaraq Ermənistan ordusunun təxribatı nəticəsində Azərbaycanla qarşıdurmanın kəskinləşdiyi, Ordumuzun əks-hücumu nəticəsində işğal altındakı bir sıra ərazilərin və strateji yüksəkliklərin azad edildiyi barədə məlumatlar əksini tapıb. Bildirilib ki, Azərbaycan artıq 30 ilə yaxındır işğal altında olan torpaqlarımızın azad edilməsini və Ermənistan ordusunun bu ərazidən çıxmasını gözləyir.
Videomaterialda Azərbaycan Prezidentinin köməkçisinin sözləri sitat gətirilərək bildirilir: “Azərbaycan Ermənistan ordusunun işğal altında olan torpaqlarımızdan qeyd-şərtsiz, tamamilə və dərhal çıxarılmasını təkidlə tələb edir. Biz gözləyirik ki, Yaponiya da BMT vasitəsilə yeni qətnamələrin qəbuluna təsir göstərəcək”.
H.Hacıyev əmin olduğunu bildirib ki, beynəlxalq hüquqa hörmətlə yanaşan Yaponiya da münaqişənin həllinə tezliklə öz töhfəsini verəcək.
Videosüjetdə, həmçinin Azərbaycan Prezidentinin köməkçisinin beynəlxalq ictimaiyyətə münaqişə regionuna erməni muzdlularının gətirilməsi ilə bağlı göstərilən cəhdlərin qarşısını almaq barədə çağırışı da yer alıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [10:47]
Metyu Klimov: ABŞ-nin Orta Asiya və Avrasiyada strateji maraqları var
- 10.06.2026 [17:51]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]