Asiman Qurbanlı Tokio Karate 1 Premyer Liqa turnirində III yer uğrunda mübarizə aparacaq
Tokio, 13 oktyabr, AZƏRTAC
Yaponiyanın paytaxtı Tokioda Dünya Karate Federasiyasının (WKF) Karate 1 Premyer Liqa seriyasından mövsümün son turniri davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə 12 karateçimizdən Firdovsi Fərzəliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), həmçinin Nuranə Əliyeva (50 kq) və İlahə Qasımova (55 kq) mükafatçılar arasına düşə bilməyiblər.
Bu gün isə qalan altı idmançımız mübarizəyə qatılıb. Roman Heydərov (kata), Ayxan Mamayev (84 kq), Şahin Atamov və Asiman Qurbanlı (84 kq), eləcə də Fəridə Abiyeva (61 kq) və İrina Zaretska tatamiyə çıxıblar.
İdmançılarımızdan yalnız Asim Qurbanlı yapon Hidayaşi Kaqavaya məğlub olsa da, sonradan təsəlliverici görüşlərdə italiyalı Simone Marinonu (6:0) və belaruslu Andrey Qrineviçi (5:1) məğlub edərək macarıstanlı Daniel Monar ilə bürünc medal uğrunda mübarizə aparacaq. Üçüncü yer uğrunda görüş oktyabrın 14-də keçiriləcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio