ASLAMBƏY ASLAXANOV: “AZƏRBAYCANIN 2016-CI İLİN OLİMPİADASINI QƏBUL ETMƏK ŞANSI VARDIR”
Rusiya Federasiyası Prezidentinin müşaviri Aslambəy Aslaxanov AZƏRTAC-ın xüsusi müxbirinə verdiyi müsahibəsində demişdir: “Azərbaycan rəhbərliyi çox mürəkkəb və kapital tutumlu bir vəzifəni - Bakıda 2016-cı ilin Olimpiadasını keçirmək vəzifəsini qarşısına məqsəd qoymuşdur.
Lakin Azərbaycanın lideri İlham Əliyev kifayət qədər inadkar, hətta deyərdim, çox inadkar adamdır və əgər hər hansı vəzifəni qarşısına məqsəd kimi qoyursa, onu məntiqi sonluğuna yetirmək üçün inanılmaz səylər göstərir”.
Mən əminəm ki, Azərbaycanla Rusiyanın düşmənləri aramıza nifaq salmağa çalışsalar da, bunu edə bilməyəcəklər. Çünki biz tarixən dostluq etmişik və həmişə dostluq edəcəyik. Zənnimcə, Azərbaycanın Olimpiadanı keçirmək hüququnu qazanmaq və onu qəbul etmək şansı vardır. Öz tərəfimdən yalnız bunu deyə bilərəm ki, başladığı bu xeyirxah və möhtəşəm işdə Allahdan ona uğurlar arzulayıram. Şübhə etmirəm ki, Rusiya bu işdə onu dəstəkləyəcək, öz tərəfimdən isə bu tədbirlərə hazırlaşmaqda Azərbaycana kömək etməyi özümə şərəf bilirəm və hətta həmişə yaxşı nəticələr göstərən Azərbaycan güləşçilərinə azarkeşlik etmək üçün Bakıya da gəlməyə hazıram”.
A.Aslaxanov xüsusi vurğulamışdır ki, Azərbaycanda qlobal müsbət dəyişikliklər baş vermişdir. Onun sözlərinə görə, Bakını tanımaq çətindir, burada əsl tikinti bumu yaşanır. Ölkənin iqtisadiyyatı yüksəlişdədir, insanların həyat səviyyəsi durmadan artır.
Rusiya Prezidentinin müşaviri demişdir: “Olimpiya oyunları çox xərc aparan tədbirdir, külli miqdarda sərmayə yatırımı tələb edir və büdcə buna tab gətirməlidir. Ümumiyyətlə, isə Qafqazda, yəni Azərbaycanda Olimpiada keçirmək çox əla olardı”.
Azərbaycan idmançılarının hazırlıq səviyyəsini yüksək qiymətləndirən A.Aslaxanov qeyd etmişdir ki, onlar, ənənəvi olaraq, idmanın yunan-Roma güləşi, sambo və cüdo növlərində daha yaxşı nəticələr göstərirlər. Sambo və cüdo üzrə idman ustası, sambo üzrə Rusiya Prezidenti Kuboku yarışlarının təşkilatçısı olan A.Aslaxanov sonda demişdir: “Bu il Azərbaycan cüdoçuları Braziliyaya gəlmişdilər və deməliyəm bu, mən mehriban, peşəkar, əsil idman formasında olan komanda məni çox sevindirdi. Onların hamısı fədakarlıqla mübarizə aparırdılar. Azərbaycan komandası başqa komandalardan xeyli fərqlənirdi. O, yüksəliş dövrünü yaşayan bugünkü Azərbaycanın rəmzidir. İdmanın sambo, cüdo və digər növlərinin inkişafına böyük diqqət yetirən Prezident İlham Əliyevə minnətdarlıq dolu ən səmimi sözlərimi ünvanlamaq istərdim. Azərbaycana və onun rəhbərliyinə, bütün idmançılarınıza uğurlar və yeni-yeni qələbələr arzulayıram”