Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

AŞPA-nın anti-Azərbaycan qərarı bumeranq effekti verə bilər ŞƏRH

AŞPA-nın anti-Azərbaycan qərarı bumeranq effekti verə bilər  ŞƏRH

Bakı, 23 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) ötən gün başlayan qış sessiyasının ilk iclasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi bu qurumun bəzi dövlətlərin siyasi aləti olduğunu bir daha ortaya qoydu. Almaniyalı deputat Frank Şvabenin Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi ilə bağlı təklifinin dəstəklənməsi AŞPA-nın imicinə ciddi ləkədir və onun ədalətinə şübhə salır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Ramiz Alıyev AŞPA-nın Azərbaycanla bağlı qəbul etdiyi qərarı şərh edərkən bildirib.

Onun sözlərinə görə, AŞPA-nın qərarı Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasına xidmət etmir: “Cənubi Qafqazda yerləşən bu iki ölkə son illər düşmənçiliyi bir kənara qoyaraq sülh prosesinin müzakirəsini sürətləndiriblər. Tərəflər sülh niyyətlərini açıqlayıblar. Belə bir məqamda AŞPA-nın sülh prosesinə dəstək verməsi əvəzinə, birtərəfli qaydada Azərbaycana sanksiyalar tətbiq etməsi təəssüf doğurur. Avropalı deputatların 2023-cü ildə Ermənistandan Laçın dəhlizi vasitəsilə Qarabağa səfər etməsinə icazə verilməməsi məntiqli idi. Azərbaycan tərəfi haqlı olaraq təklif etmişdi ki, Qarabağa səfər yalnız ölkə ərazisindən mümkündür. Amma AŞPA deputatları süni şəkildə gərginlik yaratmaq üçün beynəlxalq hüququ pozmaq yolunu seçdilər. AŞPA-da Azərbaycanla bağlı qəbul edilən qərar heç bir halda insan hüquqları ilə bağlı deyil, siyasi məsələdir. Baş verənlər öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qisas cəhdidir. Azərbaycan 30 il ərzində ən müxtəlif platformalarda, o cümlədən AŞPA-da Ermənistanın işğalçılıq siyasətinə qiymət verilməsi üçün təkliflər verib. Amma hər dəfə “münaqişənin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur” cavabı ilə Ermənistanı sanksiyalardan qoruyublar, işğalçını müdafiə ediblər. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təkbaşına təmin etdi. Bu isə Avropa Şurasının (AŞ) və AŞPA-nın “maraqlar”ına uyğun olmadı. İndi onlar ölkəmizi cəzalandırmaq qərarına gəliblər. Amma unutmasınlar ki, AŞPA-nın nə qərarı, nə də özü Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Avropa Şurası Azərbaycanın ümidlərini heç vaxt doğrultmayıb. AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, Ermənistanı işğal olunmuş əraziləri boşaltmağa çağıran bir neçə qətnamə qəbul olunsa da, onlar kağız parçası olaraq qaldı və heç bir real addım atılmadı. Sual olunur, nə üçün 30 il ərzində AŞPA Ermənistana qarşı heç bir sanksiya tətbiq etmədi? Öz gücünə Qarabağı azad edən Azərbaycan üçün AŞPA-nın qərarı kağız parçasından başqa bir şey deyil”.

R.Alıyev qeyd edib ki, Azərbaycan nümayəndə heyəti də öz növbəsində AŞPA-da qalıb-qalmamaqla bağlı qərar verməli, Azərbaycanın İnsan Haqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasından çıxmasını da müzakirə etməlidir: “Çünki 2001-ci ildə üzvü olduğu təşkilat Azərbaycana heç nə verməyib. Xristian klubu kimi fəaliyyət göstərən Avropa İttifaqı, Avropa Parlamenti, AŞ və AŞPA böyük həvəslə Azərbaycana və Türkiyəyə qarşı məsələləri müzakirə edib. İslamofob və türkofob təfəkkürlü həvəskar siyasətçilərin düşərgəsinə çevrilən AŞPA həm də korrupsiya yuvasına çevrilib və sanki diaspor təşkilatı kimi fəaliyyət göstərir. Qarşıdan Avropa Parlamentinə seçkilər gəlir. Erməni diasporundan maliyyə dəstəyi almaq istəyən avropalı deputatların Azərbaycana qarşı fəallaşması təsadüfi deyil. Eyni zamanda, Fransa və Almaniyanın əlində siyasi alətə çevrilən AŞPA sifarişləri Paris və Berlindən alır. Almaniyalı deputat Frank Şvabenin bu çirkin kampaniyada yer alması təəssüf doğurur. AŞPA-dakı müzakirələrdə mənim diqqətimi çəkən britaniyalı deputat İan Liddel-Grangerin Azərbaycanın səsvermə hüququnun məhdudlaşdırılmasına qarşı çıxması oldu. O, haqlı olaraq bildirdi ki, bu, səhv qərardır. Heç bir müsbət nəticə verməyəcək. Doğrudan da AŞPA-nın anti-Azərbaycan fəaliyyəti bumeranq effekti verəcək. Strasburq Bakının verəcəyi cavaba hazır olmalıdır. Verəcəyimiz cavab nüfuzu öləziyən bir Avropa təşkilatının məhvi prosesini daha da sürətləndirəcək”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İranda prezident seçkilərinin ikinci turunda hər iki namizəd səs verib

Fransada namizədlər və seçki fəalları mütəmadi hücumlara məruz qalır

“Havaların xüsusilə isti və quru olduğu günlərdə yanğınların başvermə ehtimalı artır” - birgə müraciət

Bələdiyyədə baş vermiş qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Hərb Tarixi Muzeyində “Şəhidləri tanıyaq və tanıdaq” adlı anım tədbiri keçirilib

Kir Starmer: Biz bunu bacardıq!

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiq edən vəsiqənin təsvirinin, spesifikasiyasının, nümunəsinin və verilməsi qaydasının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC-dən filial və kolleclərlə birlikdə 7000-ə yaxın tələbə məzun olur

“Elektrik şəbəkəsinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Həndbol üzrə Azərbaycan çempionatında komanda sayı artırılır EKSKLÜZİV

Energetika naziri Mingəçevirdə vətəndaşlarla görüşəcək

Türkiyənin Erbakır Fen Liseyinin nümayəndə heyəti BANM-də olub

Dəmiryol nəqliyyatı vasitələrini idarə etmək hüququnu təsdiqləyən vəsiqənin təsviri müəyyənləşib

Atlantik okeanından 89 miqrantın cəsədi çıxarılıb

Azərbaycanın daha bir parataekvondoçusu beynəlxalq turnirin finalına yüksəlib

Elektrik şəbəkəsinə dair qaydalar təsdiqlənib

Baş Prokurorluq: Elektrik dirəyindən yıxılaraq ölən şəxslə bağlı araşdırma aparılır

Mütəxəssis: Fiziki aktiv həyat tərzi ürək-damar xəstəliklərinin qarşısının alınmasında zəruri komponentdir

Türkiyənin 16 vilayətində İŞİD ilə əlaqədə şübhəli bilinən 45 nəfər saxlanılıb

Şərqşünas alim Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsəri türk dilinə tərcümə olunub

Orta Dəhlizlə göndərilən Çinin ilk yük avtomobilləri ASCO gəmisi ilə Azərbaycana çatdırılıb

Şöhrəti Yaponiyaya qədər gedib çatan Saatlının biyan balı REPORTAJ

Bayden-Tramp debatı ABŞ-da seçki öncəsi vəziyyəti dəyişib

Yasamal rayonunun Mikayıl Müşfiq küçəsində hərəkət məhdudlaşdırılacaq

Brüsseldə keçirilən konfransda Azərbaycanın mina problemindən, onun ekoloji və humanitar fəsadlarından danışılıb

Almaniyada həqiqi hərbi xidmət bərpa oluna bilər

Naxçıvan gömrüyündə müasir tələblərə cavab verən standartlar tətbiq olunur - mediatur

“Şuşaya bayraq asan cəngavər” kitabının təqdimatı olub

Azərbaycan və Kamerun Gimnastika federasiyaları arasında əməkdaşlıq genişləndirilir

Peşəkar mühasib sertifikatı imtahanı ilə bağlı canlı yayım ediləcək

Dövlət İdarəçilik Akademiyası tələbələrinin “Məzun günü” keçirilib

FHN: Ötən sutka ərzində 63 halda yanğına çıxış olub

Prezident İlham Əliyev Şuşada Dövlət Xidmətləri Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Baş prokuror Daşkəsəndə vətəndaşları qəbul edəcək

DSMF: Bu ilin altı ayında 53 minə yaxın elektron arayış alınıb

Dövlət Komitəsi Xocalı şəhərinə infotur təşkil edib

Bu gün Əməkdar artist Əzizağa Qasımovun doğum günüdür

Sabah Dövlət İmtahan Mərkəzində TOEFL iBT imtahanı keçiriləcək

“Duo-Avey”: Gənc azərbaycanlı istedadlar Parisdə Azərbaycan musiqisi ifa edirlər

Azərbaycan parataekvondoçusu beynəlxalq turnirdə finala yüksəlib

® Azərbaycan məktəbliləri beynəlxalq fənn olimpiadasında medal qazandılar!

Avropa çempionu: Məşqçilərimin üzərimdə olan əməyi danılmazdır

Şuşada Aşağı Gövhər Ağa məscidinin bərpadan sonra açılışı olub YENİLƏNƏCƏK

Bakıda narkokuryerlik edən “Wolt” sürücüsü və eyni əməli törədən qadın saxlanılıb VİDEO

Şamaxıda təsərrüfatların 80 faizdən çoxunun genişzolaqlı internetə çıxışı təmin edilib

III “Yüksəliş” müsabiqəsinin qalibinin təklifləri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin gündəliyinə daxil edilib

Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir

Azərbaycanın ŞƏT-in Sammitinə dəvət olunması Prezident İlham Əliyevin dünya liderləri arasındakı nüfuzunu növbəti dəfə təsdiqlədi - Siyasi şərhçi

Prezident İlham Əliyev Şuşa sutəmizləyici qurğular kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

Orban Moskvaya mümkün səfəri barədə yayılan məlumatı təsdiqləməyib

“Öz teatrını yarat” adlı ilk seminar Akademik Milli Dram Teatrında təşkil olunacaq

Paşinyan Ermənistana yeni konstitusiya lazım olduğunu bir daha bəyan edib

Bakı İlahiyyat Kollecinə qəbul olmaq istəyən abituriyentlər üçün müsahibə mərhələsi keçirilib

DİN: 1 avtomat silahı və 2 tüfəng təhvil götürülüb

Bu gün qlobal aktorlar Azərbaycanla əməkdaşlıq imkanlarını dəyərləndirmək fürsətlərindən maksimum yararlanmağa çalışırlar - RƏY

Prezident İlham Əliyev Şuşada “İsa bulağı” istirahət kompleksinin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kipr Bahçeşehir Universitetinin rəhbərliyi TƏBİB-in fəaliyyəti barədə məlumatlandırılıb

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi elan edilib

Leyboristlər Partiyası Britaniyada keçirilən parlament seçkilərində qalib gəlib

Avro-2024: Bu gün 1/4 final mərhələsinə start veriləcək

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycan neftinin qiyməti 91 dolları ötüb

Prezident İlham Əliyev Xankəndidə əsaslı təmir və bərpadan sonra “Palace” hotelinin açılışında iştirak edib YENİLƏNƏCƏK

İranda prezident seçkilərinin ikinci turu başlayıb

Xankəndi Konqres Mərkəzinin təməli qoyulub YENİLƏNƏCƏK

Xankəndidə əsaslı təmir və bərpadan sonra “Qarabağ” hotelinin açılışı olub YENİLƏNƏCƏK

Prezident İlham Əliyev Xankəndidə Qarabağ Universitetində görülən işlərlə tanış olub YENİLƏNƏCƏK

DİN: Ötən gün 32 cinayətin üstünün açılması təmin olunub

Amerika Kuboku: İlk yarımfinalçı müəyyənləşib, Messi penaltidən fərqlənə bilməyib

Prezident İlham Əliyev Xocalı hava limanında olub YENİLƏNƏCƏK

Bakıda tozlu hava müşahidə olunur

Kolumbiyada partlayıcı qurğunun işə düşməsi nəticəsində 6 əsgər həlak olub

Çin “Tianhui 5-02” uzaqdan zondlama peykini uğurla orbitə buraxıb

Rütubətli hava ilə necə mübarizə aparmaq olar?

Media: Rusiya aviasiyası Ukraynaya veriləcək F-16-ları tez məhv edəcək

Azərbaycan bəstəkarının musiqi albomu Almaniya və ABŞ-da işıq üzü görüb

Britaniyada “exit-poll”un nəticələri açıqlanıb, Leyboristlər hakimiyyətə gələ bilər

Britaniyada parlament seçkilərində səs vermə başa çatıb

Fransada parlament seçkilərində respublikaçıların namizədlikdən çəkilməsi gözləntilərə həlledici təsir edəcək - SORĞU

Şəkidə fərdi yaşayış evində yanğın olub

“Reuters”: Makronun oyunu Avropanın gələcəyini təhlükə altına salır

“Qazax Aqropark”ının kartof sahəsində məhsul yığımına başlanılıb

Ankaradakı təlimlərin 4-cü günü: Media nümayəndələrinə zəruri müdafiə fəndləri öyrədilib

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Ədliyyə naziri İraqın nümayəndə heyəti ilə görüşüb

XİN Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Astana görüşü ilə bağlı Bəyanat yayıb

“Azerbaijan Best Awards” mükafatlandırma mərasimində AZƏRTAC da təltif olunub VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyi: Suriya və İraqda ilin əvvəlindən 1327 terrorçu zərərsizləşdirilib

Ərdoğan: Dünyada "güclünün hüququ" üstünlük təşkil etməməlidir

Azərbaycanın mina problemi Belçikada keçirilən silsilə tədbirlərdə müzakirə olunur

IELTS imtahanında uğur qazanmış BDU tələbələri təltif ediliblər

Birgə Bəyannamə Azərbaycan-Çin əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyinin təsdiqidir - RƏY

Ermənistan ABŞ-la birlikdə yeni AES tikməyi planlaşdırır

Azərbaycan-İsrail Məzunları Assosiasiyasının təqdimat mərasimi keçirilib

Azərbaycan və İraqın hüquq-mühafizə orqanları arasında səmərəli əməkdaşlığın aparılmasının vacibliyi müzakirə edilib

Politoloq: Azərbaycanın ŞƏT ilə münasibətləri xalqımızın və dövlətimizin maraqlarına xidmət edir

Tokayev: ŞƏT ölkələrinin xarici ticarət dövriyyəsi 8 trilyon dolları ötüb

Belarus nümayəndə heyəti DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi ilə tanış olub

Bu il BDU-nun “SABAH” qruplarını 244 məzun bitirir

® “Rabitəbank” yeni konseptli Lənkəran filialının açılışını etdi