AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb
Paris, 25 sentyabr, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sentyabrın 30-da Strasburqda keçiriləcək payız sessiyasında Cülyan Asanjın (Julian Assange) saxlanması və mühakimə olunması, bunun insan hüquqlarına təsirləri barədə, eləcə də Avropada təbliğat və məlumat azadlığı ilə bağlı müzakirələrin aparılması planlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, Assambleyanın payız sessiyasında Şimali Makedoniya Respublikasının xarici işlər naziri Timço Mucunski və Avropa Şurasının yeni Baş katibi Alain Bersetin çıxışı gözlənilir. Litvanın xarici işlər naziri, Nazirlər Komitəsinin sədri Qabrielius Landsbergis bu qurumun ənənəvi kommunikasiyasını təqdim edəcək və parlamentarilərin suallarını cavablandıracaq.
Həmçinin Avropa Şurasının İnkişaf Bankının Reykyavik Bəyannaməsini həyata keçirmək üçün Bankın rəhbəri Karlo Montisellinin çıxışı, eləcə də Bosniya və Herseqovinanın öhdəliklərinə əməl etməsi, virtual aləmin (metavers) riskləri və əlverişliliyi, insanın qida hüququnun təmin edilməsinə dair müzakirələr aparılacaq.
Həmçinin miqrantların qeyri-qanuni alverinə qarşı mübarizədə ümumi Avropa yanaşması və itkin düşmüş miqrantların, qaçqınların və sığınacaq axtaranların taleyinin aydınlaşdırılmasına dair birgə debatlar keçiriləcəyi nəzərdə tutulub.
AŞPA-nın payız sessiyasının gündəliyi oktyabrın 4-dək davam edəcək sessiyanın birinci günündə qəbul olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]