AŞPA-nın yaz sessiyası davam edir
Strasburq, 26 aprel, AZƏRTAC
Avropa Şurası Parlament Assambleyasının üçüncü gününün plenar iclası Avropa İnsan Hüquqları Məhkəməsinə hakim seçkilərinin davam etdirilməsi ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, bugünkü plenar iclasda avropalı parlamentarilər cari debatları davam etdirəcəklər.
Sonra belçikalı parlamentari Simon Mutkinin hazırladığı “Təbii fəlakətlərin qarşısının alınması, onlara hazırlıq və nəticələrinin aradan qaldırılmasında siyasi strategiyalar” adlı məruzə ətrafında müzakirələr aparılıb.
Türkiyədə fevral ayında baş vermiş dağıdıcı zəlzələlərin ağır nəticələr doğurduğu və onların aradan qaldırılması istiqamətində siyasi strategiyanın hazırlanması məsələsi gündəmə gəlib. Deputatlar təbii fəlakətlərin qarşısının alınmasına dair fikirlərini bölüşəcəklər. Məruzə müzakirələrdən sonra səsə qoyularaq qəbul ediləcək.
AŞPA-nın plenar iclası Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrasına dair hazırlanmış məruzənin müzakirəsi ilə davam edəcək.
Azərbaycan nümayəndə heyətinin üzvləri məruzələrlə bağlı fikirlərini bildirəcəklər.
Strasburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [12:46]
Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir
- 28.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 28 sentyabr
- 27.09.2026 [23:11]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [19:19]
Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib
- 27.09.2026 [18:54]
Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb
- 27.09.2026 [17:50]