ASTANA BEYNƏLXALQ HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astananın 10 illik yubileyi münasibətilə keçirilən təntənəli tədbirlərdə iştirak etmək üçün iyulun 5-də Qazaxıstan paytaxtına işgüzar səfərə gəlmişdir.
Astana beynəlxalq hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyevi Qazaxıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri böyük hörmət və ehtiramla qarşıladılar.
Milli geyimli qız dövlətimizin başçısına gül dəstəsi təqdim etdi.
######
![]() |
![]() |

