ASTANA ŞƏHƏRİNİN 10 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏNTƏNƏLİ İCLAS
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iyulun 5-də “Sülh və əmin-amanlıq” sarayında Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin 10 illiyinə həsr olunmuş təntənəli iclas keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak etmişdir.
Əvvəlcə Qazaxıstanın dövlət himni səsləndi.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev iclasda çıxış etdi.
######
