Astarada avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması artıb
Astara, 14 fevral, İlkin Adıyev, AZƏRTAC
Astara rayonunda 2023-cü ilin əvvəlinə mövcud avtomobillərin sayı 10572 ədəd təşkil etməklə, son bir il ərzində 10,9 faiz və ya 1041 ədəd artıb.
Bu barədə AZƏRTAC-ın bölə müxbirinə Astara Rayon Statistika İdarəsindən bildirilib.
Avtomobillərin 84,7 faizini minik avtomobilləri, 12,8 faizini yük avtomobilləri, 1,7 faizini avtobuslar, 0,3 faizini xüsusi təyinatlı avtomobillər, 0,5 faizini isə digər avtomobillər təşkil edib.
2022-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 1026 min ton yük daşınıb və 2021-ci ilə nisbətən 12,4 faiz artım müşahidə olunub.
Nəqliyyatçılar 5931 min nəfərə və ya 2021-ci illə müqayisədə 25,8 faiz çox sərnişinə xidmət göstəriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [12:01]
Gəncədə şəhid Rabil İsmayılovun ailəsi ziyarət edilib
- 12.10.2026 [11:55]
Naxçıvanda aktiv vergi ödəyicilərinin sayı 11,5 faiz artıb
- 12.10.2026 [11:46]
Ağdam, Xocavənd və Xocalı rayonlarında fitosanitar monitorinqlər aparılıb
- 11.10.2026 [21:08]