REGİONLAR
Astarada polis əməkdaşları qanvermə aksiyasında fəal iştirak ediblər
![](/files/galleryphoto/2023/2/1200x630/16933421893560057797_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/16933421895820262531_1200x630.jpeg)
![](/files/galleryphoto/2023/2/1200x630/16933421891714333329_1200x630.jpeg)
Astara, 30 avqust, İlkin Adıyev, AZƏRTAC
Həkim-hematoloqlarının iştirakı ilə Astara Rayon Mərkəzi Xəstəxanasında talassemiyalı və hemofiliyalı xəstələrə dəstək məqsədilə qanvermə aksiyası keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, “Qan ver, yaşat!” devizi ilə reallaşan aksiyada Astara Rayon Polis Şöbəsinin şəxsi heyəti fəal şəkildə iştirak edib. Onlar bu xeyirxah və nəcib aksiyada iştirak etməyin bir vətəndaşlıq borcu olduğunu hesab etməklə talassemiyadan əziyyət çəkənlərə öz dəstək və diqqətlərini nümayiş etdiriblər.
Qeyd edək ki, hər bir donor qanvermədən əvvəl tibbi müayinədən keçirilib və toplanan qan laboratoriya müayinəsindən keçirildikdən sonra irsi qan xəstəliklərindən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.