Astrofiziklər kainatın 13,8 milyard yaşı olduğunu təsdiq edib
Bakı, 21 iyul, AZƏRTAC
Astrofiziklərdən ibarət beynəlxalq qrup kainatın yaşını yenidən hesablayaraq 13,8 milyard il olduğunu təsdiqləyib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Çilinin Atakama səhrasındakı dünyanın ən böyük teleskopu (ACT) vasitəsilə əldə edilmiş məlumatlar “Plank” kosmik rəsədxanasının standart modeli və hesablamaları ilə üst-üstə düşüb.
Qeyd edək ki, kainatın yaşı astrofiziklərin vahid fikrə sahib olmadıqları bir araşdırma mövzusudur. Lakin keçən il alimlər qalaktikaların hərəkətlərinə əsasən onun yaşının 2,3 milyard ildən aşağı olduğunu bildiriblər. Bu cür fərq yeni hesablama modelinin yaradılmasına və ya hesablamalarda səhvin olmasına işarə edirdi. “ACT”ın komandası ilk işığı tədqiq edərək kainatın yaşını təyin edib. Komandanın hesablaması “Plank” rəsədxanasının müşahidə nəticələri ilə eyni olub.
Beləliklə kainatın təqribi olaraq 13,77 milyard yaşı var. Əldə edilmiş məlumatlar həmçinin kainatın genişlənmə sürətini də anlamağa kömək edib. Qeyd edək ki, kainatın genişlənmə sürəti “Habbl sabiti” ilə ölçülüb. Məlumata əsasən 3,26 milyon işıq ili məsafəsində yerləşən obyekt bizdən saniyədə 67,6 kilometr sürətlə uzaqlaşır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [11:53]
Baltikyanı ölkələrdə NATO təlimlərinin dəniz mərhələsi başlanıb
- 05.06.2026 [11:52]
Nigerdə səhrada 49 nəfər susuzluqdan ölüb
- 05.06.2026 [11:38]
Yaponiya köhnə nüvə reaktorlarını yeniləməyi planlaşdırır
- 05.06.2026 [11:35]
Monteneqro 2028-ci ilədək Aİ-yə üzv olmaq məqsədini bir daha təsdiqləyib
Bu saata olan əsas xəbərlər
- [12:00]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:35]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [23:06]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [22:40]
Tovuz rayonu Cəlilli kəndi içməli su ilə təmin olunub
- 04.06.2026 [22:21]