ATƏT AZƏRBAYCANDA QADIN SAHİBKARLIĞININ İNKİŞAFINA KÖMƏK EDİR
Layihə çərçivəsində Azərbaycanın on rayonunda - Şəki, Balakən, Masallı, Şəmkir, Mingəçevir, Əli Bayramlı, Qəbələ, Quba, İsmayıllı və Sabirabadda sahibkar və sahibkarlıqla məşğul olmaq istəyən qadınlar üçün sahibkarlıq fəaliyyətinin hüquqi əsaslarına, hüquqi şəxslərin yaradılması və qeydiyyatına, mühasibat uçotunun aparılmasına və vergi ödəmələrinə dair ikigünlük təlim kurslarının keçirilməsi nəzərdə tutulmuşdur.
Kursların iştirakçıları əvvəlcədən paylanmış sorğu vərəqələri əsasında seçiləcəklər. Dinləyicilərə sertifikatlar təqdim olunacaqdır.